sonnoqte.az
Xəbər başlıqları
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 
  • 09:00 – Azərbaycanda Anım Günüdür! 
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 

Bölgələrdə heyvan bazarları bağlandı - Ət bahalaşacaq?

20-10-2025, 15:30 75 dəfə baxılıb



Dabaq xəstəliyi ilə əlaqədar əksər bölgələrdə heyvan bazarları bağlanıb.

 Xəzər TV bildirir ki, İsmayıllıdan olan fermerlər deyirlər ki, mal bazarının bağlanması satışıa mənfi təsir göstərib. Bu səbəbdən də bazarı bağlamaq yox, nəzarətə götürmək daha labüd qərar olardı.

Qəssablar isə bildiriblər ki, bazar bağlı olduğundan kəsimlik heyvan tapmaq üçün özləri axtarışa çıxırlar. Əksər vaxtlarda da kəsimlik heyvanlar kənar rayonlardan gətirilir ki, yol xərcinin artması ətin qiymətinə də təsir edir.

Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, mərhələli şəkildə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması heyvan satışına qadağa qoyulması demək deyil. Heyvanlar fermer təsərrüfatlarından da birbaşa kəsim müəssisələrinə satıla bilər.

Ölkə üzrə heyvan kəsimi məntəqələri əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.

Daha ətraflı videomaterialı təqdim edirik.

<embed width="670" height="400" src="https://newstube.az/embed/188157" frameborder="0" allowfullscreen></embed>






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO