sonnoqte.az
Xəbər başlıqları
  • 08:40 – İlham Əliyev onlara müraciət etdi 
  • 12:19 – Prezident sərəncam imzaladı 
  • 08:20 – Prezidentdən Laçınla bağlı paylaşım - VİDEO 
  • 12:04 – İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib 

Qubadlı və Cəbrayılda silah-sursat aşkarlandı

9-03-2021, 15:33 297 dəfə baxılıb

Qubadlı və Cəbrayılda silah-sursat aşkarlandı


Vətən müharibəsində işğaldan azad olunmuş torpaqlarımızda sarsıdıcı məğlubiyyətə uğramış Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Qubadlı və Cəbrayıl Rayon Polis Şöbələrinin (RPŞ) əməkdaşları aidiyyəti qurumların təmsilçiləri ilə birlikdə partladıcı vasitələrin, silah-sursatın aşkar edilməsi və istifadəyə yararsız olanların zərərsizləşdirilməsi məqsədi ilə xidməti ərazidə müntəzəm reydlər aparırlar.

Növbəti belə tədbir zamanı Qubadlı RPŞ əməkdaşları tərəfindən erməni hərbçilərin ataraq qaçdığı 1 ədəd minaatan qurğusu, 6 ədəd avtomat, 21 ədəd müxtəlif növ qumbaralar və alışdırıcıları, 12 ədəd qumbaraatan mərmisi və alışdırıcıları, 3760 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb.

Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən isə 20 ədəd avtomat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO