sonnoqte.az
Xəbər başlıqları
  • 11:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh? 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 11:50 – Prezident açılışda - Fotolar 

Sərvər uzun müddət sonra üzə çıxdı - FOTO

4-08-2025, 08:39 109 dəfə baxılıb

Sərvər uzun müddət sonra üzə çıxdı - FOTO


Türkiyədə baş verən zəlzələ vaxtı fədakarlığı ilə diqqət çəkən Sərvər Bəşirli uzun müddət sonra üzə çıxıb.

O dəniz kənarında piknik edərkən çəkilən şəklini paylaşıb. Arxa fonda ona hədiyyə edilən "Toyota Corolla" da olub.

Onun fotosu maraqla qarşılanıb.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən zəlzələ "əsrin fəlakəti" kimi qiymətləndirilir. Səhər saatlarında baş verən 7.8 bal gücündə zəlzələ Kahramanmaraş vilayətində qeydə alınıb və geniş ərazidə dağıntılara səbəb olub. Zəlzələ yalnız Kahramanmaraşda deyil, eyni zamanda Hatay, Adıyaman, Gaziantep, Malatya, Şanlıurfa, Adana, Diyarbakır, Kilis və Osmaniye kimi bir çox vilayətdə də güclü şəkildə hiss olunub. Eyni gün günorta saatlarında 7.6 bal gücündə ikinci böyük zəlzələ də baş verib. Fəlakət nəticəsində 50 mindən çox insan həyatını itirib, yüz minlərlə insan yaralanıb və milyonlarla vətəndaş evsiz qalıb. On minlərlə bina tamamilə dağılıb və ya yaşanılmaz hala düşüb. Türkiyə hökuməti dərhal fövqəladə vəziyyət elan edib və beynəlxalq yardım çağırışı edib. Onlarla ölkə Türkiyəyə axtarış-xilasetmə dəstələri, maddi yardım və tibbi ləvazimat göndərib. Zəlzələ bölgəsində yerli və beynəlxalq təşkilatlar tərəfindən axtarış-xilasetmə işləri günlərlə davam etdirilib.(milli.az)







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO