09:39 – Dövlət başçısı: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
09:26 – Azərbaycan Prezidenti: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
09:22 – Dövlət başçısı: "Bu gün 2 mühüm sənəd imzalanacaq"
Yardımı ilə gündəm olan Sərvər Türkiyəyə göndərilir - VİDEO
11-02-2023, 10:32
140 dəfə baxılıb
Bir neçə gün əvvəl zəlzələdən əziyyət çəkənlərə öz maşını ilə yardım aparması ilə gündəmə gələn Sərvər Bəşirli Türkiyəyə göndəriləcək.
“Qafqazinfo” xəbər verir ki, S.Bəşirli növbəti dəfə yardım aparan zaman həmin məkanda türkiyəli iş adamları ilə görüşüb. “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi”nin sədri Hüseyn Büyükfırat həmyerlimizə bildirib ki, o, Türkiyənin Adıyaman şəhərində yardımla bağlı işlərdə iştirak edə bilər.
Məlumata görə, Adıyamanda Azərbaycandan göndərilən yardımların paylanması ilə bağlı mərkəz yaradılacaq: “Sərvər qardaşımızı da 1-2 gün içərisində orada çalışması üçün göndərəcəyik”. Qeyd olunur ki, Sərvər Bəşirli daha əvvəl “Anadolu” agentliyinin müxbirinə verdiyi açıqlamasında Türkiyədə zəlzələ bölgəsinə gedib könüllü olaraq yardım etmək istədiyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: