sonnoqte.az
Xəbər başlıqları
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:26 – Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar 
  • 22:23 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar 
  • 19:45 – İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında 

Neftçalanın Xolqaraqaşlı kəndində “Şeyx Nəsrullah” peyda olub

25-08-2024, 10:33 116 dəfə baxılıb


                           

   Bu günlərdə redaksiyamıza Neftçala rayonu, Xolqaraqaşlı kəndinin sabiq icra nümayəndəsi Talıb Əhmədovun qol qoyduğu “müştəbeh əməllər”lə bağlı müəyyən məlumatlar daxil olub. Belə ki, daxil olan məlumatlarda bildirilir ki, səndemə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevin səlahiyyət vermədiyi, amma özünü Xolqaraqaşlı kəndində və ətraf ərazilərdə geniş ictimaiyyətə Nazirliyin səlahiyyətli nümayəndəsi deyə təqdim edən birisi peyda olub ki, bu şəxsin adı və soyadı Talıb Əhmədovdur. Yəni, bu şəxs yerlərdə özünü hər kəsə ƏƏSMN-nin səlahiyyətli nümayəndəsi kimi təqdim edib, ayrı-ayrı şəxslərə pensiya düzəltməklə məşğul olur. Asmma, onu da unutmaq olmaz ki, Talıb Əhmədov pensiya düzəltmək istədiyi şəxslərdən bəzilərinə, bəzən düşünülmüş şəkildə “badalaq” gəlməyi də bacarır. Çatdırılan məlumatlarda o da qeyd olunur ki, artıq bu günə kimi neçə-neçə şəxslər sabiq icra nümayəndəsinin “burulğan əməlləri”ndən əziyyət çəkməkdədir. Belə bir səbəbdən də, redaksiyamıza bu yöndə daxil olan məlumatlar əsasında, yaşanan problemlərin araşdırılması məqsədilə tərəfimizdən həm Neftçala Rayon İcra Hakimiyyətinə, həm də yerli hüquq-mühafizə orqanlarına rəsmi qaydada müraciətlər ünvanlamışıq.

P.S. Hörmətli oxucular! Siz bu mövzu ilə bağlı 26 avqustda daha geniş yazımızı oxuya biləcəksiniz. Odur ki, biizi izləməyi unutmayın!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO