sonnoqte.az
Xəbər başlıqları
  • 20:27 – Prezidentə Fəxri doktor adı verildi 
  • 08:33 – İlham Əliyev: WUF13-ə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir 
  • 08:29 – İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib 
  • 15:52 – İlham Əliyevlə xanımının tədbirdən - FOTOLARI 

Sabahın hava proqnozu açıqlandı

2-03-2023, 16:00 171 dəfə baxılıb

Sabahın hava proqnozu açıqlandı


Bakıda və Abşeron yarımadasında martın 3-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gecə bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi səhər mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-13° isti olacaq.

Atmosfer təzyiqi 770 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 12-17° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 3-8° isti olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO