sonnoqte.az
Xəbər başlıqları
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 
  • 09:00 – Azərbaycanda Anım Günüdür! 
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 

Azərbaycanda ərzaq qiymətlərinin artımı səngiyib - Dünya Bankı

11-01-2023, 12:35 137 dəfə baxılıb

Azərbaycanda ərzaq qiymətlərinin artımı səngiyib - Dünya Bankı


Azərbaycan Mərkəzi Bankı (AMB) bank sektorunda likvidliyin azaldılması məqsədilə not buraxılışını artırmağa davam edib və noyabrda not portfeli 30% artaraq pul bazasının 8%-nə çatıb.

Bu barədə Dünya Bankının Azərbaycan üzrə aylıq hesabatında qeyd olunub.

Məlumata görə, oktyabrda illik inflyasiya 15,6% səviyyəsində sabitləşib ki, bu da Mərkəzi Bankın (4+/-2 %) hədəfindən xeyli yüksəkdir. Aylıq istehlak qiymətləri indeksi oktyabrda 1,6% artıb və bu, sentyabrdakı artım tempindən 1,8% bəndi azdır.

"İnflyasiyanın səviyyəsi geniş əsaslı olub, ərzaq inflyasiyası isə 2,2%-ə qədər azalıb. Qeyri-ərzaq və xidmət sahələrində də inflyasiya yavaşlayıb, müvafiq olaraq 1,3% və 0,9% artıb", - Dünya Bankı qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO