sonnoqte.az
Xəbər başlıqları
  • 11:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh? 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 11:50 – Prezident açılışda - Fotolar 

Qar Bakını iflic etdi: İnsanlar iş yerlərinə güclə gedir - FOTO

9-01-2023, 09:19 158 dəfə baxılıb

Qar Bakını iflic etdi: İnsanlar iş yerlərinə güclə gedir - FOTO


Bakıda dünəndən bəri qarın yağması şəhəri iflic vəziyyətinə gətirib.

Paytaxtı ağ örpəyə bürünüb xoş təbiət mənzərəsi yaratsa da, səhər saatlarında yola çıxan Bakı sakinlərinin işini xeyli çətinləşdirib.

Belə ki, piyadalar və nəqliyyat vəsitələrinin belə hava şəraitində hərəkəti məhdudlaşıb. İnsanların əksəriyyəti iş yerlərinə, gedəcəyi ünvanlara ya gecikir, ya da çata bilmir.
Əksər hallarda marşrut xətlərinin gecikməsi, taksi şirkətlərinin sifarişləri qəbul etməməsi paytaxt Bakıda gündəlik hərəkət qrafikini iflic duruma gətirib. Avtobus dayanacaqlarında gözü yolda qalanlar, həmçinin ümidini taksi şirkətinin mobil tətbiqinə dikənlər... Hər iki vasitədən əlini üzənlər isə piyada getməyi üstün tutsalar da, bir çoxları Bakı küçələrində sürüşüb yıxılmaqla günə başlayırlar.

Görünür, tıxaclar səbəbindən onsuz da çətinlik yaşayan şəhər sakinləri bir neçə gün mövcud vəziyyətlə barışmalı olacaq. 

Bir sözlə, uşaqlar sevinir, böyüklər isə öz hayındadır...

Sinoptiklər qeyri-sabit hava şəraitinin həftə sonuna qədər davam edəcəyini bildirir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO