sonnoqte.az
Xəbər başlıqları
  • 13:39 – İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşüb 
  • 11:52 – “İndi həmin o böyük qardaş Brüsseldir” - Prezident 
  • 10:55 – “Sülh müqaviləsinin bəndlərinin əksər hissəsi razılaşdırılıb” 
  • 10:39 – Prezident XII Qlobal Bakı Forumunda iştirak edir - Fotolar - YENİLƏNDİ 

Şəlalə xanım Arxaft: Bu gün Azərbaycanın əldə etdiyi hər bir uğurun əsasını Heydər Əliyev və İlham Əliyev siyasəti təşkil edir

12-12-2022, 12:11 144 dəfə baxılıb



Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Gəncə şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Şəlalə Arxaftdır.

Gəncə şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Şəlalə Arxaft qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Şəlalə Arxaft səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Gəncə şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Şəlalə Arxafta biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.


Gəncə şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Şəlalə xanım Arxaft - Müstəqil, demokratik Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri  və xalq, vətən qarşısında misilsiz xidmətləri vardır.
Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, onun ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümid yeri  Ulu öndər Heydər Əliyevlə bağlı olmuşdur.
Azərbaycanın bugünki inkişafının və tərəqqisinin təməl prinsipində Ulu Öndər Heydər Əliyev siyasi kursu dayanır. 1993-cu ilin iyununda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə müsbət dəyişikliklərin əsası qoyuldu.
 

Məhz ulu öndər Heydər Əliyev dühası və qətiyyəti sayəsində müstəqil Azərbaycan dövləti məhv olmaq təhlükəsindən qurtuldu.
Ölkənin bu cür çətin və təhlükəli sınaqlar qarşısında qaldığı bir dövrdə xalqının səsinə səs verən ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıtdı. İyunun 15-də Ulu öndər Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bunun ardınca isə yaranmış siyasi zərurətdən asılı olaraq iyun ayının 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Ömrünün böyük bir hissəsini öz xalqına həsr edən Ümummilli lider Heydər Əliyev bu cür mürəkkəb bir dönəmdə bütün məsuliyyəti öz üzərinə götürdü və dövlətçiliyimizin qorunub saxlanılması istiqamətində mühüm zəruri tədbirlər görməyə başladı. Bu gün sülh və əminamanlıq içində yaşadığımız müstəqil Azərbaycan dövləti Ulu öndərimiz Heydər Əliyevin şah əsəridir və xalq öz xilaskar oğlu ilə hər zaman qürur duymaqdadır.
Ulu öndər Heydər Əliyev Dühası öz fəaliyyəti ilə Vətənə sədaqətli xidmətin əyani nümunələrini yaratmışdır. Xalqın böyük sevgisini qazanan, Azərbaycanın xilaskarına çevrilən Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır.
Bu gün Azərbaycanın əldə etdiyi hər bir uğurun əsasını Heydər Əliyev və İlham Əliyev siyasəti təşkil edir. Azərbaycan dünyada, regionda böyük siyasi, iqtisadi potensiala malik olan dövlət kimi xüsusi çəkiyə və nüfuza sahibdir.
Ulu öndər Heydər Əliyev kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin gerçəkləşdirdiyi uğurlu diplomatiyanın məntiqi nəticəsi olaraq ölkəmiz bölgədə və dünyada layiqli yerini tutaraq, regional liderliyini təmin edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO