sonnoqte.az
Xəbər başlıqları
  • 10:21 – Əliyev Pezeşkiana təşəkkür etdi 
  • 13:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 

Daşkəsəndə “Həmkardan həmkara qayğı ilə” sosial layihəsi çərçivəsində ödənişsiz tibbi müayinələr keçirilib-Fotolar

16-06-2026, 10:20 10 dəfə baxılıb

Daşkəsəndə “Həmkardan həmkara qayğı ilə” sosial layihəsi çərçivəsində ödənişsiz tibbi müayinələr keçirilib-Fotolar

“Həmkardan həmkara qayğı ilə” sosial layihəsi çərçivəsində növbəti səyyar tibbi aksiya Daşkəsən rayonunda təşkil olunub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü və təşkilatçılığı, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində sakinlərə ödənişsiz tibbi xidmətlər göstərilib.

Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında keçirilən müayinələr zamanı kardiologiya, endokrinologiya, uşaq nevrologiyası, nevrologiya, dermatologiya və urologiya istiqamətləri üzrə həkimlər tərəfindən tibbi müayinələr aparılıb.

İki gün ərzində ümumilikdə 300-dən çox rayon sakini müayinədən keçib. Müayinə nəticəsində səhhətində problem aşkarlanan şəxslərə müvafiq tibbi tövsiyələr verilib və müalicə istiqamətləri müəyyənləşdirilib.
Tədbirin təşkilində AHİK könüllüləri də fəal iştirak ediblər.

Qeyd edək ki, “Həmkardan həmkara qayğı ilə” layihəsi ucqar bölgələrdə yaşayan əhalinin tibbi xidmətlərə çıxış imkanlarının artırılması, onların sağlamlığının qorunması və dövlətimizin sosial siyasətinə töhfə vermək məqsədi daşıyır.

2025-ci ilin aprel ayından start götürən layihə çərçivəsində indiyədək ümumilikdə 3 minə yaxın vətəndaş ödənişsiz tibbi müayinələrdən faydalanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO