sonnoqte.az
Xəbər başlıqları
  • 14:09 – Prezident və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türküstanda bir sıra mədəni məkanlarla tanış olublar 
  • 11:57 – İlham Əliyev Qazaxıstanda işgüzar səfərdədir 
  • 11:18 – İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 
  • 14:55 – İlham Əliyev Bakı Olimpiya Stadionunda - FOTOLAR 

Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb -Fotolar

12-05-2026, 16:15 2 dəfə baxılıb

Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb -Fotolar

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib.

Konfederasiyanın sədri Sahib Məmmədov Azərbaycan və Türkmənistan arasında dostluq və əməkdaşlıq münasibətlərindən bəhs edib, dövlət başçılarının siyasi iradəsi nəticəsində ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. O bildirib ki, bu, ölkələrimizin həmkarlar ittifaqları arasında əlaqələrin inkişafı üçün geniş imkanlar yaradır. Son illərdə bu əlaqələr daha da genişlənib, qarşılıqlı səfərlər həyata keçirilib, fikir və təcrübə mübadiləsi aparılıb.

aia.az xəbər verir ki, görüşdə AHİK tərəfindən əmək hüquqlarının etibarlı müdafiəsi, üzvlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və innovativ yanaşmaların tətbiqi istiqamətində görülən işlər, yollayış sisteminin rəqəmsallaşdırılması, sanatoriya-kurort xidmətlərinin modernləşdirilməsi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu təşəbbüslər həmkarlar ittifaqları sistemində səmərəliliyin artırılmasına xidmət edir.

Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin sədri Oğulcənnət Berdiliyeva ölkəsində həmkarlar ittifaqlarının fəaliyyətindən, əmək hüquqlarının qorunması və həmkarlar ittifaqları üzvlərinin sosial müdafiəsi sahəsində görülən işlərdən bəhs edib, Azərbaycan həmkarlar ittifaqları ilə əlaqələrin gücləndirilməsində maraqlı olduqlarını bildirib.

Görüşün yekununda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd iki qurum arasında əlaqələrin institusional əsasda inkişafını, birgə təşəbbüs və layihələrin dəstəklənməsini, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Səfər çərçivəsində Türkmənistan nümayəndə heyəti AHİK-in “Kurort” Turizm İnformasiya Mərkəzinin, Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti ilə tanış olub. Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin nümayəndələri həmçinin “Günəşli” və “Abşeron” sağlamlıq mərkəzlərində, eləcə də “Miras” istirahət mərkəzində olub, burada göstərilən xidmətlər, müalicə-profilaktik prosedurlar, infrastruktur və istirahət imkanları ilə maraqlanıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO