sonnoqte.az
Xəbər başlıqları
  • 09:11 – Laçın görüşü kimləri qorxuya saldı? - Elan edildi, yola çıxılır 
  • 13:58 – Prezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda - Fotolar - Yenilənib 
  • 13:53 – Laçında Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşü keçirildi - Yenilənir 
  • 09:14 – Prezidentdən Müstəqillik Günü ilə bağlı paylaşım - Foto 

Azərbaycan şirniyyat sənayesinin aparıcı müəssisələrindən olan “Xonça” Fabriki yeni və müasir avadanlıqları ilə xidmət keyfiyyətini artırır

21-04-2025, 11:02 71 dəfə baxılıb

xonca-sirniyyat-sahesinde-yeni-texnologiyalari-olkeye-getirir

Azərbaycan şirniyyat sənayesinin aparıcı müəssisələrindən olan “Xonça” Fabriki yeni və müasir avadanlıqları ilə xidmət keyfiyyətini artırır.
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan fabrik Qafqazın böyük şirniyyat istehsal məntəqələrindən hesab edilir.
İllik 8 min ton məhsul istehsal edilir
“Xonça” şirniyyat və un məmulatlarının istehsalı, ketrinq xidmətləri üzrə fəaliyyət göstərir. Fabrikin istehsal etdiyi məhsulların siyahısına müxtəlif növ ətirli çörəklər, bulkalar, Şərq və Avropa kulinariyasına məxsus tort və şirniyyatlar, paketli hazır məhsullar daxildir.
Hazırda fabrikdə 200 növdən çox şirniyyat və un məmulatları istehsal olunur.
Müəssisədə il ərzində 8,000 ton məhsul istehsal edilir. Fabrikdə Fransa, Almaniya, Avstriya, Rusiya və Ukraynada xüsusi təlim keçmiş texnoloqlar və işçi heyəti çalışır.
Qida təhlükəsizliyi prioritetdir
“Xonça” məhsullarını “Araz” və “Spar” supermarketlər şəbəkəsini əhatə edən satış nöqtələrindən əldə etmək mümkündür. “Xonça” hazırda ölkənin böyük korporativ şirkətləri, beş ulduzlu hotelləri müxtəlif məhsullarla təmin edir. Burada həm yerində istehsal və xidmət, həm də termoboks və birnəfərlik qablarda çatdırılma həyata keçirilir. İnqredientlər, onların saxlanma və istifadə şərtləri, istərsə də yeməyin hazırlanması daxili Keyfiyyətə Nəzarət departamenti tərəfindən daimi yoxlanılır və hər gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə nümunələr təqdim edilir. Şirkət tərtib etdiyi gündəlik menyu baxımından bazarda uyğun və keyfiyyətli ketrinq xidməti təklif edir.
Mayalanmamış donmuş texnologiya
Keyfiyyət və gigiyenanı təmin etmək məqsədi ilə “Xonça” məhsulları marketlər daxilində yalnız mərkəzləşmiş donmuş formada saxlanılır və satılır. Fabrik müasir və yüksək texnologiyalı avadanlıqlarla, həmçinin İsveçrənin Rondo markasına məxsus istehsal xətti, Almaniya istehsalı olan Avropa markaları ilə təmin olunub. Fabrikdə texnoloji baza daim yenilənir və yüksək nəticələr əldə etmək üçün yeni həllər təqdim edilir.
“Mayalanmamış donmuş və yarı bişmiş donmuş texnologiyalardan istifadə edilərək məhsul hazırlanır və mağazalara təqdim edilir. Prosesin bişmə tərəfi mağazada yerində tamamlanaraq müştərilərə hər zaman təzə və isti təqdim olunur”, - deyə “Xonça” Fabrikinin rəhbəri Rəhman Ələkbərov qeyd edib.
20 milyondan çox investisiya
“Xonça” istehsalat layihəsinin icrasına 2019-cu ildə 16 milyon manatlıq investisiya qoyulub. Fabrikin günün tələblərinə cavab vermək üçün sürətli və keyfiyyətli çalışmasına yatırılan investisiya həcmi artırılaraq 20 milyona çatıb.
Şirkət əməkdaşlarının 80 faizini qadınlar təşkil edir.
Hazırda fabrikdə 800 nəfər çalışır. Onların 80 faizini qadınlar təşkil edir. Fabrikdə qadınların əmək təhlükəsizliyinin təmin edilməsi və müasir tələblərə cavab verən iş mühitinin yaradılmasına xüsusi diqqət edilir. Qadınların karyerlarında uğurlu olmalarına dəstək üçün müxətlif təlimlər də təşkil edilir.
Un məmulatları sahəsində həm də məktəb rolunu oyanayan “Xonça” Fabriki Bakı Peşə Liseyi ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində liseyin şagirdləri “Xonça” istehsalat sahəsində təcrübə keçir, məzun olduqdan sonra isə burada işləmək imkanı yaradılır.

Şirin Zəhmətin Təmsilçisi — “Xonça” Şirniyyat Fabrikinin Rəhbəri Rəhman Ələkbərov

Azərbaycanın milli dadlarını müasir texnologiyalarla birləşdirərək, minlərlə insanın süfrəsinə şirinlik və keyfiyyət bəxş edən müəssisələrdən biri də “Xonça” Şirniyyat Fabrikidir. Bu dadlı brendin uğurla idarə olunmasında əsas rol oynayan şəxs isə fədakar rəhbər, peşəkar sahibkar Rəhman Ələkbərovdur.


Milli dəyərlərə sadiq, müasir yanaşmalı bir brend

Rəhman Ələkbərovun rəhbərliyi ilə “Xonça” fabriki ənənəvi Azərbaycan şirniyyatlarını (şəki halvası, paxlava, şəkərbura, qoğal və s.) müasir istehsal üsulları ilə təqdim edərək həm ölkə daxilində, həm də beynəlxalq bazarda rəğbətlə qarşılanır. O, bu sahədə milli dəyərləri qoruyaraq müasir bazarın tələblərinə cavab verən unikal bir istehsalat modelini formalaşdırıb.


Keyfiyyətə və gigiyenaya tam zəmanət

Fabrikin istehsal prosesi Avropa standartlarına uyğun sertifikatlara malik olmaqla yanaşı, hər bir məhsulda təmizlik, dad və keyfiyyətə ciddi nəzarət olunur. Rəhman Ələkbərov bu istiqamətdə daima innovativ avadanlıqların tətbiqinə və mütəmadi yoxlamalara önəm verərək, müştəri məmnuniyyətini prioritet hədəf kimi görür.


Yeni iş yerlərinin yaradılması və sosial məsuliyyət

“Xonça” fabriki təkcə məhsulları ilə deyil, həm də yerli əhalinin məşğulluğuna töhfə verməklə diqqət çəkir. Rəhman Ələkbərovun təşəbbüsü ilə fabrikdə onlarla əməkdaş üçün iş şəraiti yaradılmış, xüsusilə qadın işçilərin əmək bazarına inteqrasiyası üçün əlverişli imkanlar təmin olunmuşdur.

Eyni zamanda o, şəhid ailələri, qazilər və aztəminatlı ailələrə dəstək kampaniyalarında fəal iştirak edir, bayram ərəfələrində onlara şirniyyat bağlamaları və yardımlar göndərməyi mənəvi borc sayır.


Regionun iqtisadi və sosial inkişafına töhfə

Rəhman Ələkbərov rəhbərlik etdiyi müəssisəni sadəcə istehsal məkanı deyil, regional iqtisadiyyatın inkişafına dəstək verən bir mərkəz kimi görür. Onun təşəbbüsü ilə fabrikin fəaliyyət sahəsi genişləndirilmiş, yeni bölmələr açılmış, kənd təsərrüfatı ilə əməkdaşlıq qurularaq təbii və yerli xammal bazası formalaşdırılmışdır.


Gələcəyə doğru — brendin beynəlxalqlaşma strategiyası

Hazırda “Xonça” şirniyyatları artıq xarici bazarlara da ixrac olunmaqda və Azərbaycan mətbəxini dünyada tanıtmaqda rol oynamaqdadır. Rəhman Ələkbərov bu sahədə markalaşma, qablaşdırma dizaynı və logistik imkanların genişləndirilməsi üzərində ardıcıl şəkildə çalışır.












Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO