Əmrah Mazanov: Heydər Əliyev siyasətinin təntənəsi
14-05-2024, 11:34
115 dəfə baxılıb

Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Masallı rayonu Ərkivan kənd bələdiyyəsinin sədr əvəzi Əmrah Mazanovdur.
Masallı rayonu Ərkivan kənd bələdiyyəsinin sədr əvəzi Əmrah Mazanov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Əmrah Mazanovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Əmrah Mazanov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Masallı rayonu Ərkivan kənd bələdiyyəsinin sədr əvəzi Əmrah Mazanov - “Dövlət başçısı İlham Əliyevin “Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi. O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi. Hər birimiz, o cümlədən mən onun sağlığında da və yoxluğunda da onun kriteriyalarına uyğun hərəkət etməyə çalışırıq. Bu gün bizi qabağa aparan məhz budur - onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır” fikirləri dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin aydın ifadəsini yaratmaqla yanaşı, hər birimizin qarşısında bu mirası qoruyub saxlamağı vəzifə kimi qoyur. Ümummilli Liderin zəngin idarəçilik təcrübəsi, Vətəninə, xalqına sevgisi Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas etdi, inkişaf, tərəqqi yoluna çıxardı. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadıqları yaddaşlardadır. Ölkəmiz müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə çətin günlərdə Ulu Öndər Heydər Əliyev xalqının səsinə səs verdi, Naxçıvandan Bakıya gəldi. Bu gəliş xalqın sabaha ümidini bərpa etdi. Bütün ömrünü Azərbaycanın işıqlı gələcəyinə həsr edən, “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” söyləyən Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyi üçün yaranan təhlükəni aradan qaldırdı. Bununla da ölkəmiz vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. 1993-cü il 15 iyun tarixində Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri secildi. Beləliklə, 15 iyun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın təkidli tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda 15 iyun tarixini Milli Qurtuluş Günü kimi rəsmiləşdirdi. Xalqımızın nicatı və milli dövlətçiliyimizin xilası məhz bu tarixdən başladı. Onun xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra səsləndirdiyi “ Biz bu çətin günləri keçib gedəcəyik. Müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq. Hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir” fikri Azərbaycanın uğurlu gələcəyinə inamın təqdimatı oldu. Məhz bu inam bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır.”
Düşünülmüş və məqsədyönlü siyasəti ilə ölkədə sabitliyi yaradan Ulu Öndər Heydər Əliyev “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisini irəli sürdü: “İqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi uzaqgörən siyasətinin nəticəsi idi. Məhz bu gün də Azərbaycan xalqı neft strategiyasının uğurlarını öz həyatında hiss edir. Ölkəmizin iqtisadi imkanları artır. “Əsrin müqaviləsi”ndən bu günədək reallığa çevrilən və icrası davam edən layihələrə diqqət yetirmək kifayətdir. Eyni zamanda, Azərbaycanın uğurlu enerji siyasəti beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasında da öz sözünü deyir. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması da bunun bariz nümunəsidir. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanır. Neft-qaz gəlirlərinin səmərəli istifadəsi xalqın rifah halının yaxşılaşdırılmasına xidmət edən addımların miqyasının genişlənməsi ilə müşayiət olunur. Daim xalqına güvənən, onun gücünə, müdrikliyinə arxalanan Ümummilli Lider iqtisadi islahatların əsasında vətəndaş amilini saxlamaqla, sosial problemləri aradan qaldırdı.”
Hər bir inkişafın təməlində iqtisadi tərəqqi dayanır: “Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə ölkəmizin gələcək iqtisadi inkişafının təmin edilməsi üçün mühüm baza yaratmışdı. Azərbaycan keçmiş İttifaqın ən qabaqcıl ölkələri sırasında yer tutmuşdu. Ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. 1971-ci ildə Ulu Öndərin səyləri nəticəsində Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması hərbi kadrların yetişdirilməsinə stimul oldu. Hazırda orduda xidmət edən zabitlərin böyük əksəriyyəti həmin liseyin yetirmələridir.”
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi: “Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu yüksək qiymətləndirən dahi şəxsiyyət Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzaladı. Belə ki, ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə imzaladığı Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Yaradılmış yeni Nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi. Ulu Öndərin 1997-ci ildə imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi və həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlandı.”
Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyası ölçüyəgəlməzdir. Hər bir sahədə davamlı uğurlara imza atıldı. 2003-cü ildən Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Ümummilli Liderin ən böyük arzusunun gerçəkliyə çevrilməsində özünün aydın ifadəsini tapdı. Tarixi Zəfərimiz Azərbaycanın bütün sahələrdə malik olduğu imkanların təqdimatı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı. Ötən il Silahlı Qüvvələrimizin həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Dövlət başçısı İlham Əliyevin böyük qürur hissi ilə qeyd etdiyi kimi, biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!
İşğaldan azad edilmiş torpaqlarımızda üçrəngli Bayrağımızın dalğalanması, Şuşada, Xankəndidə Novruz tonqallarının alovlanması, “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsinin bərpası, Şuşadan muğamlarımızın səslənməsi, mədəniyyət paytaxtımızın diplomatik mərkəzə çevrilməsi, dünya azərbaycanlılarının Şuşada bir araya gəlməsi, Xankəndidə Zəfər paradının keçirilməsi, müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən prezident seçkilərində cənab İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səsverməsi, bu il Xocalı soyqırımının 32-ci ildönümünün Xocalı şəhərində qeyd edilməsi və sair kimi sadalamaqla bitməyən biri-birindən mühüm hadisələr Heydər Əliyev siyasətinin təntənəsidir. 1993-cü ildən başlanan yol Azərbaycanı daha da zirvələrə ucaldacaq, Zəfərlər qazandıracaq.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR