Macarıstanın Budapeşt şəhərində bədii gimnastika üzrə “MİKULAS CUPA 2022” Beynəlxalq Turnir keçirilmişdir
16-12-2022, 11:25
285 dəfə baxılıb

3-4 dekabr 2022-ci il tarixlərində Macarıstanın Budapeşt şəhərində bədii gimnastika üzrə “MİKULAS CUPA 2022” Beynəlxalq Turnir keçirilmişdir. 45 ölkə arasında keçirilən turnirdə Azərbaycanı “Spartak” Konüllü Bədən Tərbiyəsi İdman Cəmiyyəti (BTİC) İctimai Birliyinin yetirmələri uğurlu çıxışları ilə təmsil ediblər.
Belə ki, gimnastlardan balacalar-Yusifova Melissa (2014 –cü il) çoxnövçülük üzrə 2-ci yer, alətsiz 2-ci yer, topla 3-cü yerə, Turan Zeynalzadə (2012-ci il) çöxnövçülük üzrə 2-ci yer, iplə 1-ci yerə, yeniyetmələr- Məryəm Hüseynzadə çoxnövçülük üzrə 3-cü yer, lentlə 1-ci yer, iplə 1-ci yerə, Selcan Əliyeva lentlə 1-ci yerə, çoxnövçülük üzrə 6-cı yerə, Alika Ağamoğlanova çoxnövçülük üzrə 2-ci yer, topla 2-ci yer, iplə 1- yerə, Fidan Tağıyeva çoxnövçülük üzrə 2-ci yer, topla 1 yerə layiq görülüblər.
Gimnastların qazandığı bu uğur məşqçi – müəllimlər Nurlana Əlizadənin və Natalya Nərimanovanın rəhbərliyi altında keçən gərgin məşq prosesinin nəticəsidir.
Turnirdə qazanılmış uğurlar gələcək nailiyyətlərin möhkəm bünövrəsidir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR