sonnoqte.az
Xəbər başlıqları
  • 09:32 – Prezident və xanımı Kəlbəcər sakinləri ilə görüşüblər 
  • 09:11 – Prezident və ailəsi səs verdi 
  • 12:22 – İlham Əliyev Belarus Prezidentini təbrik edib 
  • 12:18 – Prezident: Ermənistan qəsdən vaxt uzadır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir 

Ermənistanın sülhlə bağlı iki şərti: Bakı heç birini qəbul etmədi - Vacib gəlişmə

18-07-2024, 10:30 22 dəfə baxılıb



Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- ABŞ-nin sülh müstəvisində olan israrı davam edir. Okeanın o tayından Ağ ev Cənubi Qafqazdakı proseslərdə yer almaqda nəyə nail olmaq istəyir?

- Azərbaycanla Ermənistan arasındakı sülh prosesi hazırda ABŞ Administrasiyası üçün əsas mövzuya çevrilib. Seçkilərə hazırlaşan Demokratlar bu məsələ ətrafında manipuliyasiya edir. Onların məqsədi nəyəsə nail olub bunu təbliğ etməkdir. Eyni zamanda Amerikada yaşayan ermənilərin səslərini almaq niyyətləri də var.

- İndiki mərhələdə müzakirə edilən sənədin mahiyyəti nədən ibarətdir?

- Hazırda masada olan sənəd yekun sülh sazişi deyil. Bu sadəcə olaraq prinsipləri özündə ehtiva edən bir sənədddir. Burada ola bilsin ki, hansısa irəliləyişlər var. Amma burada da bir oyun gedir.

- Bu oyunun qurulmasında plan nədir?

- Rusiyanın təzyiqi fonunda erməni tərəfi heç bir sənədə imza atmaq istəmir. Onlar da göstərməyə çalışırlar ki, guya Azərbaycan bu prosesə maneə olur. Əslinə qalsa erməni tərəfi qəbuledilməz məsələni ortaya atırlar.

- Erməni tərəfi daha çox hansı məsələdə israr edir?

- İlk növbədə 1991-ci ilin sərhəddini təsbit etmək istəyirlər. Faktiki olaraq isə həmin dövrün sərhəddini erməni tərəfi ləğv edib. İndi də bu bahanə ilə Amerika Adminsitrasiyasını Azərbaycana qarşı təzyiqlərə cəlb etmək istəyirlər. Sözsüz ki, onlar da yaxşı başa düşür ki, Azərbaycan bunu qəbul edən deyil.

- Azərbaycanın əsas tələbinə yanaşma necədir? Təbii ki, söhbət Ermənistan konstitusiyasında yer alan ərazi iddialarından gedir...

- Əslində bu məsələni də düzgün başa düşmürlər. Elə başa düşürlər ki, Azərbaycan tələb edir ki, referendum keçirilsin və s. İndiki mərhələdə bu sözsüz ki, çətindir. Amma imzalanacaq çərçivə razılaşması ilə Ermənistan öz üzərinə öhdəlik götürməlidir. Bu sülhə hüquqi baxımdan maneə olan əngəlləri ehtiva edir. Erməni tərəfi isə bu öhdəliyi üzərinə götürmək istəmir.

- Rusiya faktoru burada nə dərəcədə təsirli görünür?

- Elə erməni tərəfi prosesi uzatmaqla bir növ Rusiyanın sifarişini yerinə yetirir. Nəticədə heç bir sənədə imza atılmır. Çünki Rusiya siyasi mühitində Cozef Baydenə deyil, Donald Trampa böyük ümidlər var. Ruslar da istəmirlər ki, hansısa bir məsələ Baydenə xidmət etmiş olsun. Oyun da məhz bundan ibarətdir.

- Noyabra qədər sülh olacaq və yaxud razılaşma olmasa, müharibə riski amili gündəmə gətirilir. Bu kimi gedişlər nəyə xidmət edir?

- Bunların hamısı ermənilərin spekuliyasiyalarıdır. Azərbaycan birmənalı olaraq bəyan edib ki, danışıqlar yolu ilə sərhədlər müəyyən edilməlidir. Amma erməni tərəfi buna getmək istəmir. Ona görə də, belə bir xof yaradırlar ki, ay haray, qoymayın Azərbaycan gəlib bizi qıracaq. Bu da ermənilərin növbəti oyunlarının bir hisəsidir. Demək olar ki, indi ermənilər Bayden Administrasiyasını şantaj edirlər. Açıq şəkildə deyirlər ki, bizə nəsə ver, ermənilər də sənə səs verəcək.

- İranda formalaşan yeni siyasi konyukturanın regional proseslərə təsiri olacaqmı?

- Baydenin və Trampın İrana münasibətdə siyasəti tamam fərqlidir. Ona görə də, bu seçkilərdən regionla bağlı hansısa dəyişikliklər gözləyirlər. Əslində bu dəyişikliklər həmişə baş verir. Heç bir şey dəyişmədən qalmır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO