sonnoqte.az
Xəbər başlıqları
  • 09:33 – Prezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu - YENİLƏNİB 
  • 12:29 – Prezident Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri ilə görüşüb 
  • 11:59 – İlham Əliyev İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru ilə görüşüb 
  • 11:21 – İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edir - YENİLƏNİB 

Ukraynalı hərbi ekspert: Kiyev Moskvanın şərtinə razı olacaq

3-09-2024, 11:09 8 dəfə baxılıb

Ukraynalı hərbi ekspert: Kiyev Moskvanın şərtinə razı olacaq


Ruslar əmindirlər ki, əgər onlar Donetsk vilayətində Pokrovskda nəzarəti ələ keçirə bilsələr, o zaman Ukrayna danışıqlara və münaqişənin dondurulmasına razı olacaq.

Bunu ukraynalı hərbi ekspert Yevgeni Dikiy "Kanal 24"ə açıqlamasında deyib .

“Ruslar bu müharibəni strateji şəkildə aparırlar, rusların əsas məqsədi var. Bu, müharibədə qələbə əldə etməkdir. Bu  strateji məqsəd naminə çoxlu qurbanlar verməyə hazırdırlar”, -ekspert qeyd edib. 

Ekspertin  sözlərinə görə,  Kiyev Kurskda qarşısına qoyduğu məsədlərə nail ola bilmədi. "Ruslar, əksinə Donbasda hücumu daha  da  sürətləndirdilər. Onların hesablamaların hesablamalaırna görə,  Kursk bölgəsində baş verənləri tamamilə minimuma endirmək üçün Donbassdakı hücumlarını maksimuma çatdırmaqdır”, - ekspert qeyd edir.

O eyni zamanda əlavə edib ki,  rusların hesablamalarına görə, Donbasda  Pokrovskın  zəbt edilməsi  çox möhtəşəm qələbə kimi təqdim oluna bilər: "Bundan sonra ukraynalılar tam ümidsizliyə qapılacaq və rusların  hücumunun  dayandırmağın mümkün olmadığını etiraf edəcəklər.

Deyiləcək ki, hətta Kursk bölgəsinə daxil olmaq belə bu hücumu dayandırmadı və buna görə də biz razılığa gəlməliyik, münaqişəni dondurmalıyıq. Bu isə çox risklidir. Donbasdakı hücumlarından sonra ilk "sınan" tərəf Ukrayna  tərəfi olacaq. Pokrovsk şəhərinin itirilməsindən sonra sonra  münaqişənin dondurulmasına razı olacağıq”,-  Dikiy qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO