sonnoqte.az
Xəbər başlıqları
  • 11:02 – Prezidentdən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə ilə bağlı SƏRƏNCAM 
  • 15:51 – Rüstəm Xəlilov Salyanın icra başçısı təyin olundu 
  • 12:24 – Prezident Əlcəzairin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB 
  • 09:33 – Prezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu - YENİLƏNİB 

Bu ərazilər qazsız qalacaq

12-09-2024, 08:31 8 dəfə baxılıb

Bu ərazilər qazsız qalacaq


Bu gün Bakının üç rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonunun 8-ci mikrorayon, S.S.Axundov küçəsində siyirtmənin quraşdırılması, Yasamal rayonunun Hüseyn Cavid prospektində yeraltı qaz xəttində aşkarlanan sızmanın ləğv edilməsi, Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması və qaztənzimləyici şkafın yerinin dəyişdirilməsi məqsədi ilə sentyabrın 12-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Binəqədi rayonunun S.S.Axundov, İ.P.Dadaşov, 7-ci mikrorayon, 31266-cı məhəllə, Ş.Məmmədova küçələrinin, Yasamal rayonunun Hüseyn Cavid prospektinin bir hissəsinin, Sabunçu rayonunun Ləhic bağları adlanan yaşayış ərazisinin və Nardaran qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO