sonnoqte.az
Xəbər başlıqları
  • 08:50 – Şuşa Bəyannaməsinin imzalanmasından üç il ötür 
  • 13:06 – Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik etdi 
  • 10:23 – Milli Məclisdən Prezident və Birinci vitse-prezidentə məktub 
  • 13:48 – İlham Əliyev Palçıq Vulkanları Turizm Kompleksinin açılışında - FOTO 

Əli Əsədov Tehranda keçirilən rəsmi anım mərasimində iştirak edəcək

22-05-2024, 09:50 42 dəfə baxılıb



Baş nazir Əli Əsədov İran İslam Respublikasına səfər edəcək.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, mayın 22-də Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak edəcək.

Nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və digər rəsmi şəxslər daxildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO