sonnoqte.az
Xəbər başlıqları
  • 22:07 – Prezidentin bir günü... - Fotolar 
  • 11:11 – Prezident və oğlu Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib 
  • 10:22 – Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib 
  • 10:00 – Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür 

Polad Həşimov parkının açılacağı vaxt məlum oldu - FOTO

11-06-2021, 11:19 195 dəfə baxılıb

Polad Həşimov parkının açılacağı vaxt məlum oldu - FOTO


“Bakıda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adına salınan parkda abadlıq işləri qrafik üzrə davam etdirilir”.

"Bu barədə “oxu.az”ın sorğusuna cavab olaraq Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib.

Onun sözlərinə görə, parkın açılışı gələn ay nəzərdə tutulub:

“Orada aparılan işlər təxminən iyul ayının 14-nə kimi başa çatdırılacaq. Həmin park ərazisində Polad Həşimovun və ərazidə yaşayan səkkiz şəhidin xatirə lövhəsi vurulacaq. Ümidvaram ki, işləri vaxtında bitirə biləcəyik”.

P.İmanov əlavə edib ki, parkın ətrafında olan küçələrdə də abadlıq işləri gedir.

Qeyd edək ki, bir müddət əvvəl Naximov küçəsi Polad Həşimov küçəsi adlandırılıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO