sonnoqte.az
Xəbər başlıqları
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 09:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 

Salyanda şəhidin xatirəsinə ehsan bulağı istifadəyə verildi - FOTO

26-04-2021, 09:06 290 dəfə baxılıb

Salyanda şəhidin xatirəsinə ehsan bulağı istifadəyə verildi - FOTO


Salyanda Vətən müharibəsi şəhidi Əliəkbər Bəndəliyevin xatirəsinə ehsan bulağının açılışı olub.
“Report” xəbər verir ki, rayonun Çadırlı kəndində inşa olunan bulağın açılışında şəhidin doğmaları, Salyan Rayon İcra Hakimiyyətinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə şəhidin qəhrəmanlıqla dolu həyatından danışılıb, onunla bağlı xatirələr söylənilib. Sonra şəhidin anası bulağın rəmzi qırmızı lenti kəsib. Sonda məktəblilər Vətən, torpaq, qəhrəmanlıq mövzusunda şeirlər söyləyiblər.

Qeyd edək ki, şəhid Əliəkbər Bəndəliyev 2001-ci ildə Salyanın Çadırlı kəndində doğulub. Vətən müharibəsində Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. O, 10 oktyabr 2020-ci ildə gedən ağır döyüşlərdən birində şəhidlik zirvəsinə ucalıb.

Ə.Bəndəliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO