sonnoqte.az
Xəbər başlıqları
  • 10:21 – Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO 
  • 08:30 – Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım 
  • 12:22 – Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM 
  • 09:43 – İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər 

Ukraynada Nizami Gəncəvinin abidəsi olan park salınır — Açılışa yüksək vəzifəli şəxslər qatılacaq (FOTOLAR)

5-04-2021, 11:16 223 dəfə baxılıb

Ukraynada Nizami Gəncəvinin abidəsi olan park salınır — Açılışa yüksək vəzifəli şəxslər qatılacaq (FOTOLAR)


Avqustun 23-də Ukraynanın Xarkov şəhərində "Filosoflar parkı" adlanan müasir istirahət parkının açılış mərasimi keçiriləcək.
"Ölkə.Az" xəbər verir ki, 2543 kvadrat metr ərazini əhatə edəcək park dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə, həmçinin, bu yaxınlarda 300 illik yubileyi qeyd olunacaq Ukraynanın tanınmış filosofu Qriqori Skovorodun və 200 illik yubileyi yaxınlaşan Qazaxıstanın görkəmli şairi Abay Kunanbayevin şərəfinə salınır.

Eyni zamanda parkda Ukrayna, Azərbaycan və Qazaxıstanın tarixi və mədəniyyətini əks etdirən stendlər nümayiş etdiriləcək.

Parkda "musiqli fəvvarələr" olacaq, Ukrayna, Azərbaycan və Qazaxıstanın milli musiqiləri səsləndiriləcək. 

İnformasiya kommunikasiya texnologiyaları ilə əhatə olunan parkda insanların istirahəti üçün hər cür şərait yaradılıb. 

Xatırladaq ki, sözügedən parkın açılış mərasimi 23 avqust Xarkov şəhər günü çərçivəsində baş tutacaq. Bu il Xarkov şəhər gününə və parkın açılış mərasiminə Ukraynanın yüksək vəzifəli rəhbər şəxslərinin qatılması nəzərdə tutulub.  

Onu da bildirək ki, 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.



Prezident İlham Əliyev qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib.

Xatırladaq ki, Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Nizami Gəncəvinin adını daşıyan parkın açılması və orada dahi mütəfəkkirin abidəsinin ucaldılması ilə bağlı ilkin razılaşma 2019-cu ildə Xarkov şəhər meri Gennadi Kernes ilə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri olmuş Azər Xudiyev arasında keçirilən görüş zamanı əldə edilmişdi. Azər Xudiyevin Ukraynada səfirliyi dövründə bu ölkədə Müslüm Maqomayev və İmadəddin Nəsiminin də heykəlləri ucaldılıb.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO