sonnoqte.az
Xəbər başlıqları
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 09:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 

Bulvarda hasarlanmış ərazidə kimin heykəlinin qoyulacağı bəlli olub - FOTO

16-05-2021, 14:01 193 dəfə baxılıb

Bulvarda hasarlanmış ərazidə kimin heykəlinin qoyulacağı bəlli olub - FOTO


Görkəmli sənətkar, mərhum Xalq artisti Müslüm Maqomayevin heykəli Dənizkənarı Bulvar ərazisində quraşdırılacaq.
Trend xəbər verir ki, Mədəniyyət Nazirliyindən qeyd olunub ki, artıq heykəlin son tamamlanma işləri aparılır:

"Müslüm Maqomayevin heykəli tamamlanmaq üzrədir. Heykəl Bakı şəhərində Dənizkənarı Milli Parkda ucaldılacaq. Xalq artistinin abidəsi artıq bərk materiala köçürülür. Yerində quraşdırma işləri heykəl tam hazır olduqdan sonra başlanacaqdır. İşlər mərhələli formada aparılır".

Qeyd edək ki, görkəmli sənətkarın abidəsinin quraşdırılacağı ərazi bir neçə gündür ki, hasara alınıb.



Xatırladaq ki, Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO