sonnoqte.az
Xəbər başlıqları
  • 08:44 – Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib 
  • 13:47 – İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər 
  • 13:43 – Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB 
  • 16:49 – İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO 

"Qənirə Paşayeva hara baxır?" Yaşar Nurinin həyat yoldaşından SƏRT AÇIQLAMALAR

12-03-2021, 11:36 203 dəfə baxılıb

"Qənirə Paşayeva hara baxır?" Yaşar Nurinin həyat yoldaşından SƏRT AÇIQLAMALAR


Mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva mədəniyyət sahəsinə cavabdeh olan qurumları sərt tənqid edib. Sənətkarın xanımı "Ölkə.Az"-a açıqlamasında bildirib ki, ev muzeyindən edilən oğurluqla bağlı nazirlikdən heç kim onunla əlaqə saxlamayıb:
"Martın 10-da Milli Teatr Günü idi. Amma nazirlikdən nə mənə, nə də digər mərhum sənətkarların ailələrinə quruca təbrik də olmayıb.  Ev muzeyindən oğurluq olub, amma bir dəfə də maraqlanmayıblar. Aidiyyatı qurumlara müraciət etmişəm, amma onlar da məni Mədəniyyət Nazirliyinə yönəldirlər. Nazirliyin katibliyinə, oradakı köməkçilərə dəfələrlə zəng vurmuşam. Amma heç bir tədbir görülmür,  Ölkədəki mədəniyyət qyurumlarına rəhbərlik edən şəxslər nə fikirləşir? "Azdrama"nın, Teatr Xadimləri İttifaqının rəhbərliyi, Mədəniyyət Nazirliyinin rəhbərliyi, Milli Məclisin Mədəniyyət Komitəsi 2012-ci ildən bu yana bir dəfə də bizimlə maraqlanmayıb. Qənirə Paşayeva özgə vaxt hardasa bir problem olanda dərhal reaksiya verir. Bəs bu boyda hadisə baş verib. hara baxır?".  

Qeyd edək ki, mərhum Xalq artisti Yaşar Nurinin şəxsi əşyaları oğurlanıb.

Hadisə mərhumun Novxanıda yerləşən bağ evində qeydə alınıb.

Məlumata görə, bağ evinin bir otağında yaradılmış Ev Muzeyindən Xalq artistinə məxsus eynək, mobil telefon və digər əşyalar oğurlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO