sonnoqte.az
Xəbər başlıqları
  • 10:17 – İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib 
  • 12:06 – İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib 
  • 09:38 – Prezident onları təltif etdi - FOTO 
  • 09:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir 

Ülfət Bəbirov: Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində etibarlı layihədir

1-03-2022, 12:28 282 dəfə baxılıb

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII  toplantısı keçirilib, İlham Əliyev toplantıda iştirak edib | Report.az

Lerik qaz istismar sahəsinin rəisi Ülfət Bəbirov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Ülfət Bəbirov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Lerik qaz istismar sahəsinin rəisi Ülfət Bəbirovdur.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Lerik qaz istismar sahəsinin rəisi Ülfət Bəbirova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Lerik qaz istismar sahəsinin rəisi Ülfət Bəbirov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Ülfət Bəbirov bu işin müqəddəsliyini qoruyub saxlayır. Ülfət Bəbirov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Ülfət Bəbirovdan danışdılar yaxşı ki, Ülfət Bəbirov Lerik qaz istismar sahəsinin rəisidir… Ülfət Bəbirov öz isguzarlığı ilə tanınır və seçilir….

Ülfət Bəbirov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Ülfət Bəbirov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Ülfət Bəbirov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Ülfət Bəbirovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Ülfət Bəbirov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Ülfət Bəbirov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Lerik qaz istismar sahəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Ülfət Bəbirov özünü doğruldub. Bizdə hörmətli Ülfət Bəbirovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Lerik qaz istismar sahəsinin rəisi Ülfət Bəbirov - Bu gün Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu nəhəng enerji infrastrukturu layihəsi olan Cənub Qaz Dəhlizi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişdirir. Bu baxımdan adı çəkilən Dəhliz dünya neft-qaz sənayesində ən mühüm və iddialı layihələrdən biridir. Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev cənablarının uzaqgörənliklə atdığı addımlar regionun enerji xəritəsinin dəyişməsinə səbəb olub və Azərbaycanın müəllifi olduğu enerji dəhlizlərinin coğrafi hüdudları genişlənib. Cənub Qaz Dəhlizinin reallaşmasında əsas siyasi qətiyyət və prinsipial qərar məhz Azərbaycanın dövlət başçısı İlham Əliyevə məxsusdur. Bu dəhliz Avropanın enerji təhlükəsizliyi, dekarbonizasiyası və təmiz enerjiyə keçidində böyük əhəmiyyətə malikdir.

Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı öz töhfəsini vermişdir. Yəni, dəyəri 33 milyard ABŞ dolları təşkil edən bu layihədə dünyanın aparıcı maliyyə institutları birgə iştirak ediblər.

Cənub Qaz Dəhlizi layihəsi tam başa çatdıqdan sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. 2021-ci ildə Azərbaycan xarici bazarlara 19 milyard kubmetr təbii qaz ixrac edib ki, bunun da 8,5 milyardı Türkiyəyə, 7 milyard kubmetri İtaliyaya ixrac olunub. Yerdə qalan həcm başqa üzv ölkələrə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Bu gün Avropanın digər ölkələri də Azərbaycan qazından istifadə etmək üçün müraciətlər edirlər. Çünki Azərbaycan həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur. Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var.

Bir məqamı qeyd etmək yerinə düşər ki, Azərbaycan neft ixracatına 2006-cı ildən başlayıb. Təchizatda heç bir fasilə olmamışdır, müqavilə şərtləri pozulmamışdır, enerji siyasəti arxasında heç bir siyasi məqsəd güdülməmişdir. Azərbaycanın enerji siyasəti həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. Cənub Qaz Dəhlizi layihəsi istismara verildiyi qısa müddət ərzində bəzi ölkələr qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artmaqda davam edir.

Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində alternativ və etibarlı layihədir. Əgər əvvəllər Azərbaycan bu layihənin reallaşdırılması istiqamətində bir vasitəçi ölkə kimi görünürdüsə, hazırda Cənub Dəhlizinin formasını və gələcəyini təyin edən əsas iştirakçıya çevrilib. Ölkəmizin Avropanın enerji təhlükəsizliyində fəal iştirakı, həm də onun qlobal, regional, geosiyasi və geoiqtisadi mövqeyinə mühüm təsir göstərib.

Bir məqam xüsusi ilə qeyd edilməlidir ki, Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində Azərbaycan dünyada ikinci yerdədir. Böyük həcmdə vəsait yatırılıb və elektrik enerji xətləri tamamilə müasirləşdirilib, habelə yeni elektrik stansiyaları tikilib. Ötən ay enerji bazarında tanınmış, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpaolunan enerji mənbəyi layihəsinin - 240 meqavat gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib.

Qeyd etməliyik ki, Azərbaycanın elektrik enerjisinə regional bazarda da ehtiyac var. Bu gün biz Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edirik. Həcmlər ilbəil artır. Bizim Azərbaycanda bərpaolunan enerji mənbəyimiz nə qədər çox olsa, biz ixrac üçün daha çox qaza qənaət edərik.

Həmçinin Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilər üçün xüsusi proqramı var. Energetika Nazirliyi aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlayıb. Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsini nəticəsində ümidverici rəqəmlər əldə edilib. Hesablamalara görə külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur.

Yuxarıda qeyd olunan faktlar Azərbaycanın enerji potensialı hələ uzun illər ərzində dünaynın diqqət mərkəzində olacağından xəbər verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO