sonnoqte.az
Xəbər başlıqları
  • 08:59 – “İsa bulağı” tam bərpadan sonra - Video 
  • 08:47 – “Orada da olacaq...” demişdi - Sözünü yenə tutdu! 
  • 11:21 – İlham Əliyev Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib 
  • 10:11 – Prezident Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib 

Cəsarət Əhmədov: “Gənclər və İdman Nazirliyi yanında İctimai Şura ölkəmizə, xalqımıza və dövlətimizə çox fayda verəcək”

27-11-2021, 16:21 330 dəfə baxılıb

Cəsarət Əhmədov: “Gənclər və İdman Nazirliyi yanında İctimai Şura ölkəmizə, xalqımıza və dövlətimizə çox fayda verəcək”



Noyabrın 25-də gənclər və idman naziri cənab Fərid Qayıbov Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb. Görüşün gedişində nazir İctimai Şuranın üzvləri ilə ayrı-ayrılıqda tanış olub, hər birimizin fikirlərimizi öyrənib, təkliflərimizi dinləyib. Müzakirələri demokratik şəkildə aparan nazir Fərid Qayıbov bütün suallarımızı səmimi və obyektiv cavablandırıb. Düşünürəm ki, bugünkü gündə insanlara maddiyyatdan daha çox mənəvi dəstək və münasibətlərdə səmimiyyət lazımdır.  
        Vurğulamaq istərdim ki, Gənclər və İdman Nazirliyi yanında İctimai Şura vətənpərvər və ədalətli insanlardan təşkil olunub. Əminəm ki, biz hamımız bu qurumun tərkibində göstərəcəyimiz fəaliyyətimizlə idmanımızın inkişafına və sağlam, vətənpərvər gəncliyin formalaşdırılması işinə dəstək olacaq, ölkəmizə, xalqımıza və dövlətimizə bundan sonra daha çox fayda verəcəyik, İnşaALLAH!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO