sonnoqte.az
Xəbər başlıqları
  • 08:59 – “İsa bulağı” tam bərpadan sonra - Video 
  • 08:47 – “Orada da olacaq...” demişdi - Sözünü yenə tutdu! 
  • 11:21 – İlham Əliyev Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib 
  • 10:11 – Prezident Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib 

Belçika Azərbaycana minatəmizləmə üçün 250 min avro ayırıb

5-07-2024, 12:00 5 dəfə baxılıb

Belçika Azərbaycana minatəmizləmə üçün 250 min avro ayırıb


Belçika Azərbaycana işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətlərini dəstəkləmək üçün 250 min avro (459 533 AZN-qeyd) ayırıb.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisi Qaya Məmmədov "X" səhifəsində qeyd edib.

"Minalar keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə təhlükəsiz qayıtmasına əsas maneədir. Bu yardım insan həmrəyliyinin rəmzi və ikitərəfli münasibətlərimizdə müsbət addımdır”, - diplomat yazıb.

Qeyd edək ki, iyulun 4-5-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti Belçika Krallığında işgüzar səfərdədir.

Səfər çərçivəsində Azərbaycanda mövcud mina probleminin miqyasının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, minaların ətraf mühitə ciddi təhlükə yaratması, azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə fəaliyyəti barədə məlumat verilməsi, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın və dəstəyin genişləndirilməsi məqsədilə bir sıra tədbir və görüşlərdə iştirak nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO