sonnoqte.az
Xəbər başlıqları
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 09:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 

Natiq İsmayılov: Həkimlərimiz təkmilləşdirmə kursları keçir, konfrans və simpoziumlarda iştirak edirlər

7-10-2022, 00:38 205 dəfə baxılıb

Natiq İsmayılov: Xəstəxanamızda xəstələrə çox böyük diqqət göstərilir

Sonnoqte.az-ın əməkdaslarının araşdırması nəticəsində şəhər sakinləri haqqında sorğu keçirdik. Bir ağızla dedilər: Şəki Rayon Psixiatriya Xəstəxanasının baş həkimi Natiq İsmayılov ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır

Son günlər bəzi internet saytlarında Şəki Rayon Psixiatriya Xəstəxanasının baş həkimi Natiq İsmayılov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Şəkidə bu səhiyə ocağı AĞLI BAŞDAN ALIR... - Sözün əsl mənasında..." başlıqlı yazı yazaraq gözdən salmağa çalışırlar. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Şəki Rayon Psixiatriya Xəstəxanasının baş həkimi Natiq İsmayılov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. 
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.


Şəki rayon Psixiatriya xəstəxanasının baş həkimi Natiq İsmayılov 1982-ci ilin iyun ayında Cəfərabad kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə aldıqdan sonra Bakı Dövlət Tibb Universitetinə qəbul olub. 2009-cu ildə universiteti həkim-psixiator ixtisası üzrə bitirərək Şəki rayon Psixiatriya xəstəxanasında həkimlik fəaliyyətinə başlayıb. 2021-ci ilin yanvar ayında həmin xəstəxanaya baş həkim təyin edilib.

Xəstəxana 2020-ci ildə tikilib istifadəyə verilib və müasir standartlara cavab verən avadanlıqlarla tam təchiz olunub. Xəstəxana 200 çarpayılıqdır. Xəstəxanada hazırda 172 xəstə müalicə alır, 160-a yaxın tibb işçisi çalışır. Burada müalicə olunan xəstələr gündə 3 dəfə isti yemək və lazım olan dava-dərmanla təmin edilirlər.

«Xəstəxanamızın fəaliyyətində müalicə ilə yanaşı həkimlərimi-zin peşəkarlıq səviyyəsinin artırılması da ön plandadır. Belə ki, həkimlərimiz təkmilləşdirmə kursları keçir, konfrans və simpoziumlarda iştirak edirlər. Həmçinin aparıcı klinikalarının professor və həkim heyəti xəstəxanamıza dəvət olunur və elmi-praktik konfranslar təşkil edilir.

Xəstəxanamızda xəstələrə çox böyük diqqət göstərilir. Dərman müalicəsindən sonra xəstənin psixi vəziyyəti stabilləşdikdə onlar psixoterapiyaya cəlb olunurlar. Şöbələrimizdə ayrıca reabilitasiya otaqları təşkil olunmuşdur ki, xəstələr həmin otaqlarda reabilitasiya işləri ilə məşğul olurlar. Xəstələrin müalicəsində əmək terapiyasından da istifadə nəzərdə tutulub ki, bunun da xəstələrin psixi vəziyyətinin yaxşılaşmasında, cəmiyyətə inteqrasiya etməsində böyük köməyi vardır. Ümumiyyətlə, insanın sağlamlığına qovuşması üçün bütün lazımı prosedurlardan istifadə etmək vacibdir. Çünki insanın öz həyatını, yaşam tərzini normal qaydada qurması üçün ilkin şərt sağlamlıqdır. Bu məsuliyyət isə məhz həkimlərin üzərinə düşür»






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO