sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 

Şər və böhtan yazanlara tutarı CAVAB - Musa Abbasov

5-04-2022, 10:48 355 dəfə baxılıb

Abbasov Musa

  • 2008-2013 – Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan, Tibb Üzrə Fəlsəfə Doktoru
  • 2008-2009 - Ankara Bayandır Xəstəxanası, Türkiyə, Anesteziloq (Kardio-anestezioloq)
  • 1994-1995 - Ak. M.Ə Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Azərbaycan, İnternatura (anestezioloq-reanimatoloq)
  • 1988-1994 - Azərbaycan Tibb Universiteti, Azərbaycan, Müalicə işi

Şər və Böhtan yazanlara tutarlı cavab - Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır! İt hürər, karvan keçər

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər Mərkəzi Neftçilər Xəstəxanasında, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. "Baş direktor Musa Abbasov pul yığıb, can almaqla məşğuldur" başlıqlı yazı yazaraq gözdən salmağa çalışırlar. Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasovun fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .


Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov - Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. 2016-cı il aprelin əvvəlində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artileriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, Aprel döyüşləri kimi tarixdə qaldı. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz (Suqovuşan) kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.

Aprelin 1-dən 2-nə keçən gecə “Aprel müharibəsi” kimi tarixə düşən döyüşlərdə Azərbaycan bayrağının işğaldan azad olunmuş torpaqlara sancılması iki onillik sonra Ermənistan üzərində ilk strateji və siyasi qələbəmiz idi.

Aprel döyüşləri Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinə inamını daha da möhkəmləndirdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Aprel döyüşlərinin iştirakçısı olan hərbçilərlə görüşündə deyib: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azerbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.

Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Aprel döyüşlərində əldə edilmiş qələbə ilə bağlı bəyan etmişdi: “Son illər ərzində aldığımız ən müasir, - mən onu bir daha qeyd etmək istəyirəm, - dünyaın ən müasir silahları bizə çox böyük imkan yaradır. Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, Aprel döyüşləri Ermənistanın təxribatı idi”.

Şanlı Ordumuz Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı. Azərbaycan tarixinə Aprel döyüşləri kimi daxil olan dördgünlük müharibə xalqımızı böyük zəfərə aparan yolda əldə olunmuş çox əhəmiyyətli qalibiyyət kimi xarakterizə edilir. Belə ki, Aprel döyüşlərində xain düşmən üzərində qazanılan şanlı qələbə vaxtilə işğal altında olan tarixi torpaqlarımızın azad olunması istiqamətində atılan həlledici addım oldu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin növbəti erməni təxribatına verdiyi layiqli cavab haqq mübarizəmizdəki qələbəyə inamımızı daha da artırdı. İllərlə doğma yurdlarından didərgin düşmüş vətəndaşlarımızın əzəli torpaqlarımıza ilk qayıdışı məhz Aprel döyüşlərində Azərbaycan əsgərinin nümayiş etdirdiyi qəhrəmanlıq sayəsində mümkün oldu. Əldə edilmiş şanlı qələbədən sonra ən qısa zamanda Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni qəsəbə salındı və Böyük Qayıdışa start verildi. Bu gün hər bir azərbaycanlı altı il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur duyur. Bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusudur.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO