sonnoqte.az
Xəbər başlıqları
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 
  • 10:21 – Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO 
  • 09:00 – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür 

Bakı Tekstil Fabrikinin direktoru Səkinə xanım Babayeva qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

15-09-2022, 08:00 154 dəfə baxılıb

“Bakı Tekstil Fabriki”nin rəhbəri Səkinə Babayeva: “Məktəbli formalarının istehsalı ilə biz də məşğul olacağıq”- MÜSAHİBƏ | FED.az

Bakı Tekstil Fabrikinin direktoru Səkinə xanım Babayeva - 2022-2023-cü tədris ilində ümumi təhsil müəssisələrində 1 milyon 610 min şagird təhsil alacaq. Onlardan 152 minə yaxını birinci sinfə gedir. 
 
Yeni tədris ilində məktəbəhazırlıq qruplarında isə 90 minə yaxın uşağın təhsilə cəlb olunacağı gözlənilir.
 
2022-2023-cü tədris ilinin ilk dərsi "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunub.

Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yolunda inamla irəliləyir. Təbii ki, hər bir inkişafın təməlində insan kapitalı, onun əsasında isə təhsil dayanır. Çünki hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Bu gün ölkəmizdə təhsilin daha da inkişafı üçün xeyli sayda dövlət proqramı icra olunur. Həyata keçirilən dövlət proqramları çərçivəsində təhsil təyinatlı yeni binalar inşa edilir, ümumi təhsil müəssisələrinin binaları əsaslı təmir olunur. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişlənib, bütövlükdə təhsilin infrastrukturu müasirləşib.

“Görülən işlər bir daha təsdiqləyir ki, ölkəmizdə təhsilin və elmin inkişafı prioritet istiqamətlərindəndir. 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun şücaəti, xalqımızın həmrəyliyi sayəsində Zəfərlə başa çatdı. İşğaldan azad olunmuş torpaqlarımızda bu gün sürətli bərpa və quruculuq işləri aparılır. Bu quruculuq işləri təhsildən də yan keçmir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. İnanıram ki, bu istiqamətdə qarşıya qoyulan hədəflərə uğurla çatacağıq”. 

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Bakı Tekstil Fabrikinin direktoru Səkinə xanım Babayevanın keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Bakı Tekstil Fabrikinin direktoru Səkinə xanım Babayeva qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Səkinə xanım Babayeva səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Bakı Tekstil Fabrikinin direktoru Səkinə xanım Babayevaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

 Son illər qeyri-neft sektorunun, xüsusilə də paytaxt Bakıda və regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində genişmiqyaslı tədbirlər, qabaqcıl beynəlxalq təcrübəyə uyğun müxtəlif layihələr həyata keçirilir. O cümlədən qadın sahibkarlığın inkişafına dəstək göstərilir.  Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının fonunda sahibkarlar, o cümlədən qadın sahibkarlar səmərəli fəaliyyət göstərmək imkanı əldə ediblər. Azərbaycanda fəaliyyət göstərən bir çox sahibkar qadınlar xeyli nailiyyətlər qazanıblar. İqtisadiyyatın bütün sahələrində qadınlarımızın böyük əməyi var. Ona görə də regionlarda pambıqçılığın inkişaf etdirilməsi, yeni zavod və fabriklərin yaradılması, onların məhsullarının xaricə ixrac olunması, qadınlar arasında savadlı və təcrübəli mütəxəssislərin hazırlanması istiqamətində mühüm işlər görülür.

Bakı Tekstil Fabriki 2010-cu ildən fəaliyyət göstərir. 
Bakı Tekstil Fabriki Binəqədi rayonu, Baksol ərazisi 1 ünvanında yerləşir. Hal-hazırda müəssisədə 120 nəfər işçi çalışır.  Müəssisəyə Аlmаniyа, Itаliyа, Hollandiya, Yаpоniyа və Türkiyədən ən sоn xammal və tехnоlоgiyаlаr tətbiq оlunmаqlа yanaşı müаsir təcrübəyə mаlik  xarici mütəхəssislər də cəlb оlunur. Hаzırdа müəssisədə yüksək kеyfiyyətə və təhlükəsizlik göstəricilərinə mаlik dünyа və аvrоpа stаndаrtlаrınа uyğun 5000-dən çох çеşidli müхtəlif tekstil məhsullаrı istеhsаl оlunur, еyni zаmаndа müхtəlif təyinаtlı dövlət və şirkət şifаrişləri həyаtа kеçirilir. «Bakı Tekstil Fabriki» MMC-nin istehsal profilinə daxildir:
- Xüsusi təyinatlı geyimlər
- Promo geyimlər
- Məktəbli geyimi
- Tibbi geyim
- Idman geyimi
- Alt geyim
- Corab
- Digər geyimlər
 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO