sonnoqte.az
Xəbər başlıqları
  • 11:02 – Prezidentdən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə ilə bağlı SƏRƏNCAM 
  • 15:51 – Rüstəm Xəlilov Salyanın icra başçısı təyin olundu 
  • 12:24 – Prezident Əlcəzairin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB 
  • 09:33 – Prezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu - YENİLƏNİB 

Səttar Möhbalıyev jurnalistlərə qarşı da həssaslıq nümayiş etdirən vəzifə sahibidir

11-07-2024, 11:18 99 dəfə baxılıb




 Məlumdur ki, Azərbaycan xalqı hər zaman özünün igid, qeyrətli, işgüzarlığı sevən, xalqına bağlı olan, doğma Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarının adları ilə fəxr edib və iftixar hissi də keçirib. Bəli, yaxın-uzaq tariximizi bir qədər araşdırdıqda bəlli olur ki, tarixin hər dönəmində xalqımıza başucalığı gətirən, hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Buna əsas səbəb, xalqımıza məxsus yüksək insani keyfiyyətlərin varlığı, milli-mənəvi və əxlaqi dəyərlərimizin qorunub yaşadılması və s. kmi digər amillərin varlığı olub.  Haqqında bəhs etdiyimiz,  hansı ki, əsl xalq məhəbbətini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən oğullarından biri də, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, iqtisad elmləri doktoru, professor Səttar  Suliddin oğlu Möhbalıyevdir. Bu şəxsin həyat və fəaliyyəti ilə yaxından tanış olduqda bəlli olur ki, Səttar Möhbalıyev 1955-ci ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qıvraq kəndində anadan olmuşdur və o, 1979-cu ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunda (indiki İqtisadiyyat Universitetində) ali təhsilini başa vurur. Çox keçmir ki, ali təhsilini uğurla başa vuran Səttar Möhbalıyev Bakı şəhərində ayrı-ayrı müəssisələrdə əmtəəşünas, mühəndis-iqtisadçı və baş mühasibin müavini vəzifələrində çalışır. 1980–1993-cü illərdə Avtonəqliyyat və Şose Yolları İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində müfəttiş-təlimatçı, maliyyə şöbəsinin müdiri vəzifələrini də daşıyır. 06 fevral 1993-cü il tarixdə AHİK-in təsis qurultayı keçirilir və qurultay iştirakçılarının yekdil təklifləri və verdikləri səslər hesabına Səttar Möhbalıyev AHİK-in sədri seçilir. O,  hətta 2006-cı ildən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsinin də  sədri vəzifəsini daşıyır.


  Qeyd edək ki, Səttar Möhbalıyev sədr seçildikdən sonra onun rəhbərliyi altında Azərbaycan Həmkarlar İttifaqları Şurasının formalaşması istiqamətində, bir sözlə həmkarlar ittifaqlarında əsaslı struktur islahatları həyata keçirilir və yeni nizamnamənin hazırlanması məqsədilə təşkilat komissiyası da yaradılır. Ümumiyyətlə, ötən illər ərzində Səttar Möhbalıyevin fəaliyyəti o qədər məhsuldar, o qədər zəngin olur ki, AHİK-in keçirilən bütün qrultaylarında bu şəxsin sədr vəzifəsinə namizədliyi irəli sürülür və o, qrultay nümayəndələrinin yekdilliklə səsini qazanıb təkrar sədr vəzifəsinə seçilir. 20 dekabr 2023-cü il tarixdə AHİK-in növbədənkənar VI qurultayı keçirilir və gündəlikdə əsas məsələ “AHİK sədrinin seçilməsi” olur. Bu dəfə də sədr vəzifəsinə Səttar Möhbalıyevin namizədliyi irəli sürülür. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Suliddin oğlu Möhbalıyev açıq səsvermə yolu ilə bir daha AHİK-in sədri seçilir. Qeyd edək ki, hal-hazırda da o, həmin vəzifəni daşımaqdadır. Unutmaq olmaz ki, 1993-cü ildən bu günə kimi qeyd olunan vəzifəni daşıyan Səttar Möhbalıyev, ötən illər ərzində atdığı addımları ilə geniş ictimaiyyətin rəğbət hissini qazanmağı bacarmış və o, bütün bunların qarşılığında “Şöhrət” ordeni, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının gümüş medalı, Rusiya Federasiyasının Rabitə İşçilərinin Ümumrusiya Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin Rəyasət Heyətinin qızıl ordeni və Neftqaztikinti həmkarlar ittifaqları Beynəlxalq Federasiyasının diplomu və mükafatı ilə də təltif olunmuşdur.

    Diqqəti bir məsələyə də yönəltmək lazımdır ki, son üç-dörd il ərzində AHİK tərəfindən çoxsaylı layihələr həyata keçirilmiş və bu gün də atılan addımların əhəmiyyəti yetərincə dəyərləndirilir. Məsələn, adicə bir faktı qeyd edək ki, 14 avqust 2020-ci il tarixdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİK sədri, Milli Məclisin sabiq deputatı Səttar Möhbalıyev “Koronavirus pandemiyası dövründə AHİK tərəfindən həyata keçirilən tədbirlər” mövzusunda KİV nümayəndələri üçün mətbuat konfransı keçirir və  koronavirusla bağlı dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə lazımi dəstəyin ifadə olunmasının zəruriliyini bildirir. Bəli, faktdır ki, koronavirus pandemiyasına qarşı həyata keçirilən mübarizə tədbirlərində AHİK-nin də çox böyük rolu olur. Bundan əlavə, 06 noyabr 2023-cü il tarixdə AHİK tərəfindən 08 Noyabr – Zəfər Günü münasibətilə rayonlarda yaşayan 4 200 aztəminatlı ailəyə, o cümlədən şəhid və qazi ailələrinə ərzaqla dolu avtomobil karvanı yola salınır. Bundan əlavə, noyabrın 3-də Naxçıvan Muxtar Respublikasında yaşayan və həmin kateqoriyadan olan 1250 ailəyə də bayram sovqatı çatdırılır. 15 mart 2024-cü il tarixdə AHİK tərəfindən Novruz-Bahar bayramı münasibətilə respublikamızın regionlarında yaşayan 4200 aztəminatlı ailəyə, o cümlədən şəhid və qazi ailələrinə ərzaqla yüklənmiş avtomobil karvanı yola salınır və onlara bayram sovqatı çatdırılır. 14 mart günü Naxçıvan Muxtar Respublikasında da həmin kateqoriyadan olan 1200 ailəyə bayram sovqatı verilir. Ümumiyyətlə, 2020-ci ildən indiyə kimi AHİK və üzv təşkilatları tərəfindən 120 mindən çox ailəyə yardım sovqatı çatdırılıb.


 Əsas məsələlərdən biri də, Səttar Möhbalıyevin hər zaman KİV nümayəndələrinə qarşı olduqca səmimi və diqqətcil olması olmuşdur. Adicə bir faktı qeyd edək ki, bu şəxs 22 iyul 2020-ci ildə Milli Mətbuatımızın 145 illiyi münasibətilə jurnalistləri açıq şəkildə öz adından təbrik edir, xoş arzularını çatdırır və Azərbaycan mətbuatının inkişafı və gələcək perspektivləri naminə aparılan  mübarizə yolunda hər kəsə uğurlar diləyir. Bu gün hər kəs onu təsdiq edə bilər ki, AHİK-in respublikamızda fəaliyyət göstərən bütün media qurumları sıx əlaqələri var və biz də ümid edirik ki, həmin əlaqələr bundan sonra da davam etdiriləcək. Eyni zamanda, hər kəsin əmək və sosial problemlərinin həlli, hqquqlarının qorunması  və s. bu qurum tərəfindən ön planda tutulacaq.

 Bütün bunlar onu söyləməyə əsas verir ki,  Səttar Möhbalıyevin rəhbərlik etdiyi AHİK və üzv təşkilatları yaşadığımız cəmiyyətin həssas kateqoriyadan olan bütün üzvlərinə qarşı olduqca diqqətcil olur və mümkün köməkliyini onlara göstərməkdə davam edir. Bu sırada KİV-nə qarşı göstərilən münasibət də daim nəzər-diqqəti cəlb etdiyindən, bu yöndə atılan addımlar hər zaman alqışlanır və lazımi səviyyədə də dəyərləndirilir. Bunlar gəlişi xoş sözlər deyil, əsl həqiqətlərdir.









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO