sonnoqte.az
Xəbər başlıqları
  • 12:18 – İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB 
  • 08:14 – Azərbaycan Polisi 106 yaşında - VİDEO 
  • 10:13 – Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO 
  • 08:16 – Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib 

Məzahir Babayev: O gün gəldi

30-05-2024, 12:54 19 dəfə baxılıb



Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Məzahir Babayevdir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Məzahir Babayev - “28 May-Müstəqillik Günündə tariximizin daha bir qürurverici səhifəsi yazıldı. Xocalı sakinləri Xocalıya qayıtdılar, dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açarları onlara təqdim etdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən ilin 15 oktyabr tarixində Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağını ucaltmasından  ötən 8 aya yaxın dövr ərzində Xocalıya qayıdışın reallığa çevrilməsi dövlətimizin qətiyyətinin, iqtisadi imkanlarının, bu torpaqların sahibinin məhz Azərbaycan xalqı olduğunun təqdimatıdır. Cənab İlham Əliyev bu müjdəni də çatdırdı ki, sentyabr ayından Xankəndiyə də köç başlayacaq.

Məzahir Babayev: O gün gəldi


44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra xalqımız bilirdi ki, işlər hələ tamamlanmayıb. Dövlətimizin qətiyyəti sayəsində  bütün torpaqlarımız işğaldan azad ediləcək, qalibiyyət rəmzi olan üçrəngli Bayrağımız bu torpaqlarda dalğalanacaq. Hər zaman tarixi ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycan suverenliyimizin tam bərpa olunmasına sülh yolu ilə nail olmağa çalışdı. Lakin Ermənistanın davamlı hərbi təxribatları, 10 noyabr 2020-ci il tarixli Bəyanatdan irəli gələn öhdəlikləri yetinə yetirmək barədə düşünmək istəməməsi dövlətimizin, xalqımızın səbir kasasını doldurdu.  Ötən ilin 19 sentyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi.  Cari ilin mühüm hadisələrindən biri budur ki, Xocalı faciəsinin 32-ci ildönümünü məhz Xocalıda qeyd etdik. Cənab İlham Əliyev Xocalı rayonunun ictimaiyyət nümayəndələri ilə görüşdü, Xocalı Soyqırımı Memoralinın təməlini qoydu. Dövlətimizin başçısı bu mərasimdəki çıxışında bildirdi ki,  işğal dövründə keçmiş köçkünlərlə çoxsaylı görüşlərimdə  gün gələcək və  bütün torpaqlarda Azərbaycan Bayrağını qaldıracağımızı, ərazi bütövlüyümüzü bərpa edəcəyimizi deyirdim. Yüzdən çox köçkün qəsəbəsi salındı və  açılışlarında  iştirak etdim. Birinci köçkün qəsəbəsi o vaxt Ulu Öndər Heydər Əliyevin iştirakı ilə məhz xocalılılar üçün Ağcakənd qəsəbəsində salınmışdır. O vaxt o qədər də böyük maliyyə imkanlarımız yox idi: “Ancaq olan-qalan vəsait də bax o məqsədlər üçün istifadə olundu və bu, bir yol göstəricisi idi. Yəni, Ulu Öndər hamımıza göstərmişdi ki, biz ağır vəziyyətdə yaşayanlar üçün gərək şərait yaradaq.”

Dövlət başçısı İlham Əliyev Müstəqillik Günündə dogma yurd-yuvalarına qayıdan sakinlərlə görüşündə də həmin məqamı xüsusi vurğuladı: “Cənab İlham Əliyev bildirdi ki, o vaxtdan bu günədək  nə qədər gözəl tarix yazdıq, Qarabağı tam azad etdik. İkinci Qarabağ müharibəsi başa çatanda xocalılılar inanırdılar, bilirdilər ki, bu gün də gələcək. Xocalılılar bəlkə də gözləmirdilər ki, bu, bu qədər tez baş verəcək. Xocalıda, Xankəndidə, o vaxt hələ ki, azad edilməmiş digər şəhər və kəndlərimizdə separatçılar at oynadırdılar. Onlar hesab edirdilər ki, burada separatçılıqla əbədi məşğul olacaqlar. Halbuki bunun heç bir hüquqi, tarixi əsası yox idi. Xocalı qədim Azərbaycan torpağıdır. Mənfur düşmən soyqırımı törədəndən sonra burada qanunsuz məskunlaşma da aparmışdır. Bu da hərbi cinayət sayılır. Xocalının adını da dəyişdirməyə, bir hərbi cinayətkarın adına rəsmiləşdirməyə çalışırdılar: “Ancaq hər şeyin vaxtı var və biz qayıtmışıq, həm Vətən müharibəsi, həm antiterror əməliyyatı xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etdi.”

Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri Böyük Qayıdış Proqramının tam şəkildə başa çatacağı günü daha da yaxınlaşdırır: “Yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə diqqətdə olan bu səfərlərdə sahibinə qovuşmuş torpaqlarımızın cənnət məkana çevrildiyini görür və bundan qürur hissi keçiririk. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açarların Xocalı sakinlərinə təqdimatından sonra onlarla birgə  şəhərdə görülən işlərlə tanış oldular. Sakinlər qısa müddətdə görülən işlərdən böyük sevinc hissi keçirdi, ölkə Prezidentinə  minnətdarlıqlarını ifadə etdilər. Xocalının gələcək inkişafı ilə bağlı Baş plan ilə tanış oldular. Sakinlər böyük qürur hissi ilə qeyd etdilər ki, dövlət başçısı İlham Əliyevin  sayəsində  bu gözəl yerə,  Vətənə qayıtmışıq. Bu gün gözəl Bayrağın altında sevinci yaşayırıq. Bundan gözəl nə ola bilər? Cənab İlham Əliyev  Xocalının  indi böyük şəhər olduğunu qeyd edərək onu da vurğuladı ki, bu, hələ birinci mərhələdir.”


Hazırda Qarabağımız və Şərqi Zəngəzurumuz həyatının dirçəliş mərhələsini uğurla yaşayır: “Ölkə Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Arzu Əliyevanın Ağdam və Xocalı rayonlarına səfəri çərçivəsində atılan addımlar görülən işlərin aydın mənzərəsini yaratdı. Dövlətimizin başçısı Ağdam rayonunun Tağıbəyli, Güllücə, Nəmirli, Şotlanlı kəndlərinin təməlini qoydu. Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış oldular. Qeyd edək ki, Xocalı şəhərinin yenidən qurulması üzrə birinci mərhələ 167 hektar və 18 hektar olmaqla iki hissədən ibarətdir. Birinci mərhələdə 167 hektar ərazidə 140 fərdi ev, 48 kottec tipli ev və 9 binadan ibarət 110 evdə tikinti, təmir-bərpa və abadlıq işləri görülür. Şəhər üzrə kommunikasiya işlərinin 90 faizi icra edilib. Həmçinin 18 hektar ərazidə yerləşən fin tipli 92 evdə isə tikinti, təmir-bərpa və abadlıq işləri həyata keçirilir. Bunlardan əlavə, Xocalı şəhərinin girişində - çay kənarında bulvarın salınması işləri davam edir. Xocalı şəhərində orta təhsil müəssisəsi və uşaq bağçası da inşa olunub. Həmçinin idman kompleksində tamamlanma işləri görülür. İnfrastruktur işlərinin yaxın müddətdə tamamlanması nəzərdə tutulur. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Xocalı yenidən qurulur, gözəlləşir.”








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO