sonnoqte.az
Xəbər başlıqları
  • 12:18 – İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB 
  • 08:14 – Azərbaycan Polisi 106 yaşında - VİDEO 
  • 10:13 – Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO 
  • 08:16 – Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib 

Tariximizin şanlı səhifəsi

24-05-2024, 23:18 32 dəfə baxılıb

Tarix yazmış lider: Prezident İlham Əliyevin qələbə və uğurlarla dolu 20 ili

Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Lənkəran şəhər 11 saylı Neft Bazanın müdiri Namiq Bağırovdur.

Lənkəran şəhər 11 saylı Neft Bazanın müdiri Namiq Bağırov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Namiq Bağırovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Namiq Bağırov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Lənkəran şəhər 11 saylı Neft Bazanın müdiri Namiq Bağırov - Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 106 ili tamam olur. Belə ki, 28 may 1918-ci ildə müsəlman Şərqində ilk dəfə olaraq demokratik dövlət-Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Cəmi 23 ay yaşamasına baxmayaraq, Xalq Cümhuriyyəti milli tariximizdə müstəsna yer tutur. Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı.
Təəssüf ki, o dövrdə dünyada baş verən mürəkkəb proseslərin nəticəsi olaraq  Cümhuriyyət süqut etdi. Amma XX əsrin sonlarında Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdi. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev dövlət müstəqilliyimizin əbədi və dönməzliyini təmin etdi, onun sarsılmaz təməllərini yaratdı. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.
Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz ilk demokratik respublikanın yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü kimi elan etmişik və bu, bizim milli bayramımızdır. Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Eyni zamanda, cümhuriyyətin quruculularının adları əbədiləşdirildi. Qeyd etmək lazımdır ki, əvvəllər 28 may bayramı Respublika Günü kimi qeyd olunurdu. Amma 2021-ci ildə Milli Məclis müvafiq qanun qəbul etməklə obyektiv səbəblərə əsaslanaraq 28 May bayramı Müstəqillik Günü kimi təsbit olundu. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Cümhuriyyət dövründə qəbul olunmuş Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himni müasir Azərbaycan Respublikasının dövlət rəmzləridir. Həm bayraq, həm gerb, həm də himn Azərbaycan Xalq Cümhuriyyətinin mirasıdır və Azərbaycanın dövlət suverenliyini tərənnüm edir. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrini qoruyur.
Bu gün hər bir Azərbaycan vətəndaşı öz dövləti ilə qürur duyur. Artıq bu dövlət bayramını qalib xalq kimi qeyd edirik. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbə Azərbaycanı bütün dünyaya güclü, qüdrətli dövlət kimi bir daha tanıtdı. Ötən ilin sentyabrında Qarabağda keçriilən antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam təmin olundu. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması tariximizin ən şərəfli səhifəsidir.
Hazırda isə qarşımızda yeni, mühüm vəzifələr dayanır. İlk növbədə, işğaldan azad edilmiş ərazilərimziin bərpa edilməsi, insanların öz doğma yurdlarına qaytarılması dövlət siyasətinin prioritetidir. Şübhəsiz ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz və qalqımız qarşıda dayanan vəzifələri bundan sonra da layiqincə, şərəflə  yerinə yetirəcək. Müstəqil Azərbaycan dövləti daha da güclənəcək və üçrəngli bayrağımız daim zirvələrə yüksələcək! Müstəqil dövlətimiz dünya durduqca var olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO