sonnoqte.az
Xəbər başlıqları
  • 22:07 – Prezidentin bir günü... - Fotolar 
  • 11:11 – Prezident və oğlu Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib 
  • 10:22 – Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib 
  • 10:00 – Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür 

Bayram Muradov bu günədək mənalı həyatını bütünlüklə şərəfli işinə, müqəddəs peşəsinə, insanların sağlamlığına həsr edib

10-07-2023, 17:58 83 dəfə baxılıb




Bəzi internet saytlarında Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Bayram Muradov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir.  Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Bayram Muradov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. 
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Bayram Muradovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Oftalmoloq Bayram Muradov 22 mart 1963-cü ildə Beyləqan rayon Əlinəzərli kəndində anadan olub. Bayram Muradov sevilən-seçilən həkimlərimizdən biridir. O, bu günədək mənalı həyatını bütünlüklə şərəfli işinə, müqəddəs peşəsinə, insanların sağlamlığına həsr edib. 1984-1990-cı illərdə Bakı şəhər N.Nərimanov adına Tibb Universitetinin II Müalicə profilaktikası fakültəsinin məzunudur. 1991 ci ildən Beyləqan Rayon Mərkəzi Xəstəxanasında həkim Oftalmoloq vəzifəsində çalışır. 2019-2021 ci illərdə Poliklinika şöbə müdürü vəzifəsində çalışıb. 2022 -2023 Beyləqan Rayon Mərkəzi Xəstəxanasında Baş həkim vəzifəsində çalışıb.2023 cü ilin iyul ayından Beyləqan Rayon Mərkəzi Xəstəxanasında Direktor vəzifəsinə təyin olunub. Təbrik edirik, gələcək fəaliyyətində uğurlar arzu edirik!!!!

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Bayram Muradov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Bayram Muradovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Bayram Muradov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Bayram Muradova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Bayram Muradov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Bayram Muradov bu işin müqəddəsliyini qoruyub saxlayır. Bayram Muradov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Bayram Muradov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Bayram Muradov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Bayram Muradov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Bayram Muradov özünü doğruldub. Bizdə hörmətli Bayram Muradovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO