sonnoqte.az
Xəbər başlıqları
  • 08:40 – İlham Əliyev onlara müraciət etdi 
  • 12:19 – Prezident sərəncam imzaladı 
  • 08:20 – Prezidentdən Laçınla bağlı paylaşım - VİDEO 
  • 12:04 – İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib 

Bakıda məktəbdə qanunsuzluqlar aşkarlandı - Məsul şəxslər barəsində tədbir görüldü

1-08-2025, 11:39 52 dəfə baxılıb

Bakıda məktəbdə qanunsuzluqlar aşkarlandı - Məsul şəxslər barəsində tədbir görüldü


Bakı şəhəri, Nizami rayonunda yerləşən 62 nömrəli məktəb-liseydə qanunsuzluqlar aşkarlanıb və məsul şəxslər barəsində intizam tənbeh tədbirləri görülüb. Bu barədə İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatından şikayətçilərə göndərilən rəsmi cavab məktubunda qeyd olunur. 

Ölkə.Az xəbər verir ki, şikayətçilər Sitat.info-ya danışaraq bildiriblər ki, bir müddət öncə məktəbdən bir qrup valideyn və müəllim yaşanan neqativ hallarla bağlı Ombudsmana müraciət ünvanlayıblar. 

Daha sonra, 62 nömrəli məktəb-liseydə baş verən qanunsuzluqlar barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vətəndaşlardan ünvanlanan şikayətdə əks-etdirilmiş halların yoxlanılması ilə bağlı Elm və Təhsil Nazirliyinə tapşırıq verib. 

Nazirlikdən verilən cavabda bildirilir ki, 23.05.2025-ci il tarixində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən qeyd edilən məsələləri araşdırmaq məqsədilə Bakı şəhəri, 62 nömrəsi məktəb-liseydə monitorinq təşkil edilib. Monitorinq nəticəsində müəyyən nöqsanlar aşkar edilib və müvafiq qaydada aidiyyatı üzrə məsul şəxslər barəsində intizam tənbeh tədbirləri tətbiq edilib. 

Qeyd edək ki, məktəb-liseyin direktoru Mətanət Cabbarlının rəhbərlik etdiyi təhsil ocağında baş verən qanunsuzluqlar barəsində mətbuatda xeyli sayda şikayət yazıları dərc olunub. O, millət vəkili Məlahət İbrahimovanın bacısıdır. 22 ildir ki, məktəbin direktoru vəzifəsində çalışır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO