sonnoqte.az
Xəbər başlıqları
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:26 – Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar 
  • 22:23 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar 
  • 19:45 – İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında 

Prezidentin köməkçisi: "Bu gün Şuşa şəhəri azaddır və ulu öndərin ruhu şaddır"

10-05-2022, 10:21 189 dəfə baxılıb

Prezidentin köməkçisi: "Bu gün Şuşa şəhəri azaddır və ulu öndərin ruhu şaddır"


"Bu gün Şuşa şəhəri azaddır və ulu öndərin ruhu da şaddır. O, məhz bu günü görmək istəyirdi, bu günü vəsiyyət etmişdi. Müzəffər Ali Baş Komandan tərəfindən Şuşa şəhəri və torpaqlarımız işğaldan azad olundu".

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib

"Bu gün Azərbaycan xalqının üzü gülür. Əvvəllər 8 may tarixini ermənilər "Dağlarda toy" adlı əməliyyatın növbəti yubileyini qeyd edərək böyük bir sevinclə qeyd edirdilər. İndi isə onların dırnaqarası kədərlərini də görürük. Bu, işğal olunmuş torpaq idi və işğaldan azad olunmalı idi. Şuşanın azad olunması sevincini bu gün Azərbaycan xalqı qeyd edir. Şuşada mötəbər tədbirlər keçirilir. Hər bir Azərbaycan vətəndaşı da bundan sevinir", - Prezidentin köməkçisi bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO