sonnoqte.az
Xəbər başlıqları
  • 13:39 – İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşüb 
  • 11:52 – “İndi həmin o böyük qardaş Brüsseldir” - Prezident 
  • 10:55 – “Sülh müqaviləsinin bəndlərinin əksər hissəsi razılaşdırılıb” 
  • 10:39 – Prezident XII Qlobal Bakı Forumunda iştirak edir - Fotolar - YENİLƏNDİ 

ABŞ ATƏT Minsk qrupu həmsədrliyindən imtina etdi

19-04-2022, 10:45 226 dəfə baxılıb

ABŞ ATƏT Minsk qrupu həmsədrliyindən imtina etdi


Bunun əvəzində isə Dövlət Departamentində  Qafqaz danışıqları üzrə baş müşaviri postu yaradılıb.

ABŞ  Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə vasitəçilik missiyasını həyata keçirən ATƏT MQ (ABŞ, Fransa, Rusiya)  həmsədrliyi formatından imtina edib. ATƏT MQ həmsədrliyi formatından imtina edən Ağ Ev bunun əvəzində Dövlət Departamentində  Qafqaz danışıqları üzrə baş müşaviri postu yaradıb və bu posta indiyədək ABŞ-ın ATƏT MQ-ki həmsədri Endryu Şoferi təyin edib.

Ağ Ev bundan sonra Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesində müstəqil formada Qafqaz danışıqları üzrə baş müşaviri vasitəsi ilə birbaşa iştirak edəcək.
Bu xəbəri ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunin  Twitter səhifəsində Ermənistan və Azərbaycan arasında sülh danışıqları ilə bağlı yaydığı son məlumat da  bu dediklərimizi  təsdiqləyir.

 Dövlət Departamentinin yaydığı məlumatda Ağ Ev  Azərbaycan prezidenti İlham Əliyevin sülh danışıqlarına sadiqliyi, Baş nazir Paşinyanın Azərbaycanla sülh danışıqları ilə bağlı bəyanatlarını, o cümlədən Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında son telefon danışığını alqışlayır.

Dövlət Departamentinin yadığı məlumatda həmçinin qeyd olunub ki, Dövlət katibinin köməkçisi Donfrid ABŞ-ın bu prosesə ən yaxşı şəkildə necə dəstək verə biləcəyini müzakirə etmək üçün bu həftə Qafqaz danışıqları üzrə baş müşaviri Endryu Şoferi regiona göndərir.

Qeyd edək ki, Dövlət katibinin Qafqaz danışıqları üzrə baş müşaviri Endryu Şofer aprelin 18-də baş nazir Nikol Paşinyan Moskvaya səfərindən bir gün öncə  İrəvanda danışıqlar aparıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO