sonnoqte.az
Xəbər başlıqları
  • 19:27 – İcra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM 
  • 10:38 – İlham Əliyev Sumqayıtda zavod açılışında iştirak edib 
  • 08:49 – Tramp Prezident İlham Əliyevə təşəkkür edib 
  • 19:41 – Prezident ailəsinin Trampla - Fotoları 

Politoloq: "Ermənistanın təzminat ödəməsi dünyaya işğalın nə qədər təhlükəli olduğunu göstərəcək"

12-02-2022, 08:22 224 dəfə baxılıb

Politoloq: "Ermənistanın təzminat ödəməsi dünyaya işğalın nə qədər təhlükəli olduğunu göstərəcək"


"Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə vurduğu ziyana görə təzminat ödəməsi üçün bütün beynəlxalq hüquq qurumlarına müraciətlər göndərilməlidir".
"Bunu “Report”un Rusiya bürosuna rusiyalı politoloq, “Siyasi araşdırmalar institutu”nun direktor müavini Darya Qrevtsova deyib.

Ekspert bununla işğalçılıq siyasətinin nə qədər təhlükəli olduğunu bütün dünyanın görəcəyini də qeyd edib.

Politoloqun qənaətincə, bu məsələdə Azərbaycan dünya birliyinin də dəstəyini almalıdır: “Gördüyümüz kimi, orada bir çox mədəniyyət abidələri də məhv edilib. Ona görə də UNESCO bununla bağlı öz mövqeyini bildirməlidir”.

Xatırladaq ki, dünya təcrübəsində işğal nəticəsində vurulan ziyana görə təzminatla bağlı nümunələr artıq var. Belə ki, fevralın 9-da İraq 1990-1991-ci illərdə Küveyti işğal etdiyi zaman vurduğu maddi ziyana görə 52,4 milyard dollarlıq təzminatın ödənilməsini başa çatdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO