sonnoqte.az
Xəbər başlıqları
  • 11:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh? 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 11:50 – Prezident açılışda - Fotolar 

Azərbaycan Ermənistanı yenə məhkəməyə verir - RƏSMİ

27-12-2021, 11:47 234 dəfə baxılıb

Azərbaycan Ermənistanı yenə məhkəməyə verir - RƏSMİ


“Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə 11 yanvar və 26 noyabr üçtərəfli bəyanatının qəbulu, həmçinin Brüsseldə keçirilən üçtərəfli görüş 2021-ci ildə Azərbaycan üçün mühüm hadisədir”.

Bunu 2021-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası da Bakının siyasətinin prioritetlərinə daxildir.

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan-Ermənistan dövlətlərarası məhkəmə predmeti olan məsələlər də 2021-ci ildə aktuallıq qazanıb.

“Beynəlxalq hüquq normalarına əsasən, Azərbaycanın Ermənistana qarşı iddialarını bir məhkəmə baxışı, bir beynəlxalq konvensiya əsasında qaldırmaq mümkün deyil. Yaxın zamanlarda bir neçə konvensiya üzrə - ekologiya, ətraf mühitə zərərlə bağlı olaraq beynəlxalq arbitrajlara müraciət edəcək. Bununla da Ermənistan bu sahədə də məsuliyyətə cəlb ediləcək. Bu, 2022-ci ildə qarşıda duran vəzifələr sırasındadır”, - deyə nazir əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO