14:16 – İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib - Tam mətn
13:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı
13:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı
13:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO
Laçında keçirilən Azərbaycan-Türkiyə birgə təlimi başa çatdı - VİDEO
11-09-2021, 15:09
331 dəfə baxılıb
Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlimi başa çatıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlim zamanı xüsusi təyinatlı qruplar mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması, zərərsizləşdirilməsi, məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və qarşıya qoyulan digər tapşırıqları uğurla icra ediblər.
Hər iki ölkənin hərbi qulluqçularının təlimdə nümayiş etdirdiyi peşəkarlıq yüksək qiymətləndirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: