sonnoqte.az
Xəbər başlıqları
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 
  • 09:39 – Dövlət başçısı: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür 
  • 09:26 – Azərbaycan Prezidenti: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var 
  • 09:22 – Dövlət başçısı: "Bu gün 2 mühüm sənəd imzalanacaq" 

Ərdoğan: Rusiya və İran Zəngəzurla bağlı narahatlıqlarının əsassız olduğunu anlayacaqlar

3-09-2025, 09:11 45 dəfə baxılıb

Ərdoğan: Rusiya və İran Zəngəzurla bağlı narahatlıqlarının əsassız olduğunu anlayacaqlar


“İnanıram ki, Cənubi Qafqaz, inşallah, arzuladığı sülhə qovuşacaq. Mən o ümidi cənab İlham Əliyevlə ikitərəfli görüşüm zamanı gördüm”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Prezident Ərdoğan bildirib ki,  Ağ Evdə imzalanan imzalar, şübhəsiz ki, Ermənistan-Azərbaycan arasında normallaşma prosesini sürətləndirdi: “Azərbaycan və Ermənistan sülh yolunda maneələri əhəmiyyətli dərəcədə dəf edib və son mərhələyə çatıblar. Azərbaycan prezidenti İlham Əliyevlə, sonra Ermənistanın baş naziri Nikol Paşinyanla hərtərəfli görüşüm oldu. Bu görüşlərin hər ikisində mən həm Əliyevi, həm də Paşinyanı bir yerdə olduğunu gördüm”.
Zəngəzur dəhlizi ilə bağlı mövqeyini açıqlayan Ərdoğan qeyd edib ki, Zəngəzur dəhlizi məsələsində tərəflər arasında  heç bir problem və ya fərq yoxdur. “İlham Əliyev bu məsələdə daha arxayındır”, -o qeyd edib.

Ərdoğan onu da əlavə edib ki, sülhün bərqərar olması ilə çox vacib olan bölgəmizdə quru və dəmir yolları daha da aktivləşəcək, sərhəd qapıları açılacaq, bir çox sahələrə, xüsusilə ticarətə müsbət təsir göstərəcək: “Bunun da bizə müsbət təsiri ola bilər. Region ölkələri də yeni əməkdaşlıq imkanlarından yararlanacaqlar. Rusiya və İran da gələcəkdə onların narahatlığının əsassız olduğunu anlayacaqlar”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO