sonnoqte.az
Xəbər başlıqları
  • 11:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh? 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 11:50 – Prezident açılışda - Fotolar 

Azərbaycan Prezidentinin də gedəcəyi hərbi parada 26 ölkə lideri qatılacaq

28-08-2025, 11:06 57 dəfə baxılıb

Azərbaycan Prezidentinin də gedəcəyi hərbi parada 26 ölkə lideri qatılacaq


Növbəti həftə Çinin paytaxtı Pekində İkinci Dünya Müharibəsinin bitməsinin 80-ci ildönümü ilə bağlı keçiriləcək təntənəli hərbi paradda 26 xarici ölkə lideri iştirak edəcək.

Bu barədə “Sinxua” məlumat yayıb.  

Sentyabrın 3-də Pekində keçiriləcək hərbi paradda  digər xarici ölkə liderləri ilə yanaşı, Şimali Koreya prezidenti Kim Çen In və Rusiya prezidenti Vladimir Putin də qatılacaq.

“Sinxua”nın məlumatına görə, tədbirdə Rusiya və Şimali Koreya liderləri ilə yanaşı, Kamboca, Vyetnam, Laos, İndoneziya, Malayziya, Monqolustan, Pakistan, Nepal, Maldiv adaları, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Belarus, Azərbaycan, Ermənistan, İran, Konqo Respublikası, Zimbabve, Serbiya, Slovakiya, Kuba və Myanma liderləri və hökumət başçıları da qatılacaq.

Xatıraldaq ki, 31 avqust-1 sentyabrda Çində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan ölkələrin 25-ci Zirvə görüşü keçiriləcək. Sammitdən sonra isə hərbi parad keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO