sonnoqte.az
Xəbər başlıqları
  • 13:52 – Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi 
  • 12:25 – Prezidentin Şuşa səfərində uşaqlarla səmimi görüşü 
  • 11:40 – Daşaltı kəndinin fonunda - Fotolar 
  • 11:34 – Füzulinin dağıdılmış yerlərinə baxdılar - Fotolar 

İlham Əliyev Çində Qələbə Paradında iştirak edəcək

28-08-2025, 10:01 55 dəfə baxılıb

İlham Əliyev Çində Qələbə Paradında iştirak edəcək


Azərbaycan Prezidenti İlham Əliyev Çinin paytaxtı Pekində keçiriləcək Qələbə Paradında iştirak edəcək.

Bu barədə “Musavat.com” Çin Mərkəzi Televiziyasına istinadən məlumat yayıb. 

Bildirilib ki, sentyabrın 3-də keçiriləcək tədbirdə ümumilikdə 26 xarici ölkə lideri iştirak edəcək.

Onların sırasında Ermənistanın Baş naziri Nikol Paşinyan, Rusiya Prezidenti Vladimir Putin, Şimali Koreya lideri Kim Çen In, İran Prezidenti Məsud Pezeşkian, Pakistanın Baş naziri Şahbaz Şərif və digər dövlət başçıları da yer alacaq.

Qələbə Paradı Pekinin Tyananmen meydanında təşkil ediləcək və Çin xalqının yapon işğalçılarına qarşı müqavimət müharibəsində, həmçinin İkinci Dünya müharibəsində qələbəsinin 80-ci ildönümünə həsr olunacaq. Tədbir çərçivəsində genişmiqyaslı hərbi yürüş, Çin ordusunun müasir texnikalarının nümayişi və rəsmi mərasimlər keçiriləcək.

Beləliklə, Pekində keçiriləcək bu yubiley paradı beynəlxalq siyasi baxımdan da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin də yüksək səviyyədə iştirak etməsi ölkəmizin beynəlxalq arenada nüfuzunun və Çinlə əlaqələrinin önəmini bir daha təsdiqləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO