sonnoqte.az
Xəbər başlıqları
  • 09:00 – Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 
  • 19:15 – İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib 
  • 19:10 – Prezident dövlət qulluqçularının maaşları ilə bağlı FƏRMAN İMZALADI 
  • 19:05 – Azərbaycanda bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşları müəyyən edilib - FƏRMAN - SİYAHI 

Hikmət Hacıyev jurnalistləri belə TƏBRİK ETDİ

22-07-2025, 09:23 31 dəfə baxılıb

Hikmət Hacıyev jurnalistləri belə TƏBRİK ETDİ


Bu gün Azərbaycan mediası milli sərhədləri aşaraq beynəlxalq səviyyədə fəaliyyət göstərən, qlobal perspektivli regional baxış təqdim edən, dünyanın müxtəlif bölgələrində oxunan və istinad olunan, Azərbaycanın yeni- qlobal xarakterli xarici siyasəti ilə uzlaşan təsirli “yumşaq güc” vasitələrindən biridir.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Milli Mətbuat Günü münasibətilə "X" hesabında yazıb.

O bildirib ki, bu əlamətdar gün yalnız media ictimaiyyəti üçün deyil, bütövlükdə cəmiyyətimiz üçün böyük əhəmiyyət daşıyır:

"Jurnalistika şərəfli və yüksək məsuliyyət tələb edən peşədir. Sizlər bu çətin, lakin vacib missiyanı peşəkarlıqla yerinə yetirir, cəmiyyətin obyektiv məlumatlandırılması, maarifləndirilməsi və milli dəyərlərin təbliği istiqamətində fədakarcasına çalışırsınız. Cənab Prezidentimiz İlham Əliyevin mediamıza verdiyi yüksək qiymət və söylədiyi dəyərli fikirlər jurnalistika peşəsinə göstərilən böyük etimad və diqqətin bariz nümunəsidir. Azərbaycan milli mətbuatının 150 illik yubileyinin qeyd olunması ilə bağlı dövlət başçımızın Sərəncamı, eləcə də bir çox peşəkar jurnalistin dövlət təltiflərinə layiq görülməsi ölkəmizdə medianın inkişafına verilən önəmin təzahürüdür və bu sahədə çalışanlar üçün böyük stimuldur. Bu əlamətdar yubiley münasibətilə hər birinizi bir daha səmimi qəlbdən təbrik edir, Cənab Prezidentimizin mediamız qarşısında müəyyənləşdirdiyi hədəflərin reallaşmasında, dövlətçiliyimizin möhkəmləndirilməsi və milli maraqlarımızın qorunması yolunda fəaliyyətinizdə davamlı uğurlar arzulayıram".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO