sonnoqte.az
Xəbər başlıqları
  • 12:24 – Prezident sərəncam imzaladı 
  • 12:46 – İlham Əliyev: "Azərbaycan Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb" 
  • 12:37 – “Biz bu dəstəyi həmişə hiss etmişik” - Yenilənib 
  • 12:32 – “Azərbaycanla Ermənistan arasında sülh dövrü başlayıb” 

Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb

1-07-2025, 12:01 21 dəfə baxılıb

Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb


Ziyəddin Səfərov çoxsaylı xəsarətlərlə əlaqədar baş vermiş postravmatik şok nəticəsində ölüb.
Səfərov Ziyəddinin ölüm haqqında tibbi şəhadətnaməsi də bizə təqdim edilib. Bildirilib ki, ölüm xəstəlikdən baş verib. Ona kəskin ürək-ağciyər çatışmazlığı diaqnozu qoyulub.

Bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov iyunun 27-də Yekaterinburqda vəhşicəsinə döyülmə nəticəsində dünyasını dəyişən azərbaycanlılar - Ziyəddin və Hüseyn Səfərov qardaşlarının meyitlərinin ekspertizasının nəticələri ilə bağlı AZƏRTAC-da keçirilən mətbuat konfransında bildirib.

Ədalət Həsənov deyib: “Biz meyiti müayinə edərkən hər iki gözün qişasında qansızmalar, sağ gözün alt və üst qəzasında qansızmalar, sol çiyinüstü nahiyədə qançırlı sınıqlar, döş qəfəsinin bayır yan səthində zolaq şəklində sıyrıqlar, baldır və topuq nahiyələrinin qançırları və sınıqları aşkar olundu. Bunlar ölümə səbəb olan diaqnozlar deyil. Daxili müayinələr zamanı isə aşkar etdik ki, başın dəri örtüyünün səthində qansızmalar, döş qəfəsinin küt travması-sıxılması müşahidə edilib. Qabırğasının biri isə yox idi. Beləliklə, Ziyəddin Səfərov çoxsaylı xəsarətlərlə əlaqədar baş vermiş postravmatik şok nəticəsində ölüb”.

Baş direktor bildirib ki, Hüseyn Səfərovun meyitini xarici müayinə edərkən çox sayda travma aşkarladıq. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin gəldiyi nəticəyə əsasən, Hüseyn Səfərovun ölüm səbəbi aldığı çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur:

"Onun döş qəfəsi deformasiyaya uğrayıb, assimetrikdir. Üst və alt dodaqlarının selikli qişasında qançırlar aşkarlanıb. Meyitin kəllə qapağı açıldıqda sərt və yumşaq qişada qansızmalar aşkar olunub. Eyni zamanda, yeddi-səkkiz qabırğanın yerdəyişən sınıqları aşkar edilib. Bu sınıqlar ağciyəri zədələyib".

Qeyd edək ki, iyunun 27-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın həyata keçirib. Nəticədə iki azərbaycanlı öldürülüb, bəziləri ağır bədən xəsarətləri nəticəsində yaralanıb, habelə 9 nəfər saxlanılıb.

İyunun 28-də Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda hadisə ilə bağlı dərin narahatlıq ifadə olunub. "Rusiyanın məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik", - deyə bəyanatda vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO