sonnoqte.az
Xəbər başlıqları
  • 13:27 – İlham Əliyev Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb 
  • 11:54 – İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib 
  • 12:01 – Prezident İlham Əliyev "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib 
  • 12:00 – Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib VİDEO 

Macarıstan Aİ-nin İrəvana hərbi yardım ayırmasına imkan vermədi

17-04-2025, 09:15 42 dəfə baxılıb

Macarıstan Aİ-nin İrəvana hərbi yardım ayırmasına imkan vermədi


Macarıstan Avropa İttifaqının Avropa Sülh Mexanizmi vasitəsilə Ermənistana əlavə 20 milyon avro hərbi yardım göstərməsinə imkan verməyib.

 Lüksemburqda keçirilən iclasda Aİ-nin xarici siyasət rəhbəri Kallasın Ermənistana hərbi yardım təklifini Macarıstandan başqa bütün Aİ ölkələri xarici işlər nazirləri dəstəkləyib. Yeganə olaraq Budapeşt bu qərarın qəbuluna veto qoyub.

Ermənistan Aİ-dən ilk dəfə ötən ilin iyulunda 10 milyon avro dəyərində hərbi yardım alıb. Bu pul növbəti iki il yarım ərzində səhra xəstəxanasının və bir batalyonluq erməni ordusu bölməsi üçün yardımçı obyektlərin yaradılmasına sərf edilməli idi.

Macarıstan Azərbaycana da analoji yardımın göstərilməsini tələb edib, bu məslə həllini tapmadığından Budapeşt  Ermənistana hərbi yardımın ayrılmasına mane olub. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO