sonnoqte.az
Xəbər başlıqları
  • 13:04 – Prezidentlərin lanç əsnasında geniş tərkibdə görüşü oldu - Foto 
  • 19:06 – Prezident İlham Əliyev: Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olublar 
  • 19:00 – Azərbaycan Prezidenti: Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək 
  • 18:56 – Prezident: Bakı-Tbilisi-Qars dəmir yolunun xüsusilə Türk dünyasını birləşdirmək üçün çox böyük faydası var 

“Bütün bunlar Ermənistanın silahlanma siyasətini davam etdirdiyini göstərir”

11-03-2025, 13:13 6 dəfə baxılıb

“Bütün bunlar Ermənistanın silahlanma siyasətini davam etdirdiyini göstərir”


“Ermənistanda Azərbaycana qarşı təxribatlar səngimək bilmir. İndi də özünü “parlament” kimi təqdim edən bir ovuc şəxsin xarici ölkələrin birinin parlamentinə anti-Azərbaycan məzmunlu müraciəti, Azərbaycana qarşı iş aparan hansısa “komissiya”nın iclası barədə məlumatlar yayılıb”.

B barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Bəyanatda, həmçinin Ermənistanın regionda gərginlik yaratmağa can atdığı qeyd olunub: “Ermənistanın onun suverenliyinə qarşı heç bir addım atmayan, yalnız dinc yolla öz dədə-baba yurdlarına qayıtmaq istəyən Qərbi Azərbaycan İcması ilə dialoqdan imtina edib öz ərazisində Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təhdid edən qrupların fəaliyyətinə şərait yaratması qəbulolunmazdır.

Bütün bunlar bir daha Ermənistanın dayanıqlı sülhdə maraqlı olmadığını, əksinə silahlanma siyasətini davam etdirərək regionda gərginlik yaratmağa can atdığını nümayiş etdirir.

Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə maneə törədən belə destruktiv hərəkətlərdən çəkinməyə çağırır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO