sonnoqte.az
Xəbər başlıqları
  • 12:13 – Prezidentdən Xanlar Vəliyevlə bağlı - Sərəncam 
  • 11:04 – Prezident qəbul keçirdi - FOTO 
  • 10:04 – İlham Əliyevdən "Azərenerji" ilə bağlı FƏRMAN 
  • 10:58 – Prezident bu hərbi qulluqçuları təltif etdi 

Rusiya barışığa hazırlaşır – Kreml önəmli fiquru Bakıya göndərir

4-03-2025, 09:09 11 dəfə baxılıb

Rusiya barışığa hazırlaşır – Kreml önəmli fiquru Bakıya göndərir


Son günlər Azərbaycan və Rusiya arasında mövcud gərginlikdə bir qədər yumşalma müşahidə olunur. Tərəflər bir-birinə qarşı sərt ritorikadan çıxış etmirlər.

Məlum olduğu kimi, bir müddət əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov 2024-cü ilin dekabr ayının25-də qəzaya uğrayan AZAL-a məxsus “Embraer E190” sərnişin təyyarəsinin ekipaj üzvlərini “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalları ilə təltif edib.

Çeçenistanla bağlı məlum gəlişmə Rusiyanın Azərbaycan qarşısında geri çəkilməsi kimi qəbul edilə bilərmi?

Globalinfo.az-a danışan politoloq Rizvan Hüseynov deyib ki, Rusiya-Azərbaycan münasibətlərində müəyyən yumşalmaların olduğu hiss edilir:

“Azərbaycanın bəzi qərarları, Şimal-Cənub dəhlizi ilə bağlı sənədlərin təsdiqlənməsi və s. onu göstərir ki, məlum təyyarə qəzasından sonra yaranan çətin vəziyyətə baxmayaraq bəzi yumşalmalar, anlaşmalar var. Azərbaycanın regionda mühüm rolunu anlayan Rusiya siyasi dairələri məsələnin həlli ilə bağlı danışıqlar aparıb, səfərlər etməyə hazır olduqları istiqamətində mesajlar verirlər. Daha əvvəl də qeyd etdiyimiz kimi, Azərbaycan hakimiyyətdə təmsil olunan, sözü keçən, nüfuzlu birinin Bakıya gəlməsini gözləyirdi.

Son günlər yayılan xəbərlərə görə, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matvienkonun Bakıya gələcəyi deyilir. O, bir neçə gün əvvəl Türkiyəyə səfər etmişdi. Kremldən yayılan məlumatlara görə mart ayının ortalarında o, Azərbaycana gələcək. Valentina Matvienko çox nüfuzlu bir şəxsdir. Rusiyanın ən üstün siyasi dairələrində qərar qəbul edən qrupun üzvüdür. Azərbaycanla da müsbət münasibətləri var. Onun səfərindən sonra Rusiya və Azərbaycan münasibətlərində normallaşma gözlənilə bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO