sonnoqte.az
Xəbər başlıqları
  • 19:45 – Prezident 3 rayona icra başçısı təyin etdi 
  • 10:02 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında olub 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 
  • 09:00 – Azərbaycanda Anım Günüdür! 

Muxtar Babayev: COP29-a hazırlıq işləri sürətlə davam edir

3-09-2024, 09:42 93 dəfə baxılıb



Bu il Bakıda keçiriləcək COP29-a hazırlıq işləri sürətlə davam edir, lazımi tədbirlər görülür.

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan böyük bir forumun ev sahibi kimi Bakı Beynəlxalq İqlim Şəffaflığı Platformasını təklif edib: "Təşəbbüsü Azərbaycan tərəfi irəli sürüb. Bununla da çox ciddi məsələlərin müzakirəsi üçün şərait yaradılacaq. Azərbaycan iqlim şəffaflıq hesabatının hazırlanmasında digər ölkələrə köməklik göstərilməsini təşkil edir. Artıq bizim təlimlər keçirilib. Növbəlilik Afrikada və digər ölkələrdə olacaq".

M.Babayev vurğulayıb ki, şəffaflıq hesabatlarının COP29-dan əvvəl təqdim edilməsi nəzərdə tutulur: "İqlim dəyişikliyi hesabatının sənədinin təqdim edilməsi üçün son tarix isə dekabr ayıdır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO