sonnoqte.az
Xəbər başlıqları
  • 19:45 – Prezident 3 rayona icra başçısı təyin etdi 
  • 10:02 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında olub 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 
  • 09:00 – Azərbaycanda Anım Günüdür! 

YAP namizədini geri çəkdi, yenisi məlum oldu - FOTO

23-07-2024, 09:11 80 dəfə baxılıb

YAP namizədini geri çəkdi, yenisi məlum oldu - FOTO


YAP VII çağırış Milli Məclisə  seçkilərdə 12 saylı Xəzər birinci seçki dairəsindən Maniyeva Aygün Şaitdin qızının namizədliiyni irəli sürsə də, sonradan onun namizədliyini ləğv edib. Buna səbəb isə namizədin atası Şaitdin Əliyevin  MSK üzvü olması olub.

Həmin dairədən isə VI çağırış Milli Məclis üzvü olmuş Soltan Məmmədovun namizədliyi irəli sürülüb. Bu barədə Soltan Məmmədov özü paylaşım edib.

"Ötən seçkilərdə mənə etimad göstərərək namizədliyimi dəstəkləyən, 5 il ərzində hər zaman güvənini, etimadını hiss etdiyim hər bir vətəndaşımıza dərin təşəkkürümü bildirirəm! 

Bu gün yeni bir dövrə qədəm qoyuruq. Yenə Xəzər rayonundan, lakin bu dəfə Mərdəkan, Şağan və Buzovna qəsəbələrini əhatə edən 12 saylı Xəzər seçki dairəsindən Milli Məclisin deputatlığına namizədliyim irəli sürüldü. Bu təşəbbüsü irəli sürənlərə, namizədliyimi dəstəklədiyini imzası ilə təsdiq edən bütün vətəndaşlara minnətdaram! İnanıram ki, növbədənkənar parlament seçkiləri ölkəmizin tarixində başlamış yeni mərhələnin ən mühüm siyasi hadisələrindən biri kimi yadda qalacaq", - Soltan Məmmədov qeyd edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO