sonnoqte.az
Xəbər başlıqları
  • 11:37 – İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO 
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 10:02 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında olub 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 

Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ

22-04-2024, 16:00 101 dəfə baxılıb



"Brüssel və Vaşinqtonun vasitəçiliyinənə ehtiyac yoxdur".

Bunu "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Analitik vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında danışıqlarda vasitəçilik edən və nəticəsiz olan Moskva formatı fiaskoya uğradı:
"Bundan sonra Brüssel və Vaşinqtonun da vasitəçiliyinə ehtiyac yoxdur. Azərbaycan və Ermənistan ikitərəfli danışıqlarla, üçüncü tərəfin iştirakı olmadan real nəticələr əldə edə bilir. Bu gün əldə olunmuş razılıq və protokolun imzalanması, ikitərəfli danışıqların müsbət dinamikasıdır. Burada təkcə, Azərbaycan deyil, Ermənistan da uduşludur. Ermənistan danışıqlarda daima üçüncü tərəfin iştirakını təklif edirdi. Amma, Azərbaycan bundan imtina edirdi. Əgər, İrəvanın təklifi reallaşaydı, heç bir irəliləyiş olmayacaqdı".

Ekspert qeyd edib ki, Ermənistan baş naziri siyasi iradəsini davam etdirəcəksə, Azərbaycan tərəfinin təklifləri əsasında proseslə gedəcəksə, liderlərin iştirakı ilə sülh müqaviləsi bağlana bilər:
"Sülh müqaviləsinin bağlanması isə Qazaxıstanın paytaxtı Astanada yaxud Tiflisdə baş tuta bilər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO